Icma.az
close
up
RU
Bakıda “Hindistan və Azərbaycan arasında Mədəni Körpülər” adlı sərgi açılıb

Bakıda “Hindistan və Azərbaycan arasında Mədəni Körpülər” adlı sərgi açılıb

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar Azərbaycan Yaradıcılıq Dərnəyi tərəfindən təşkil olunan “Hindistan və Azərbaycan arasında Mədəni Körpülər” adlı sərginin açılışını edib.

525.az xəbər verir ki, sərgidə, həmçinin Azərbaycan Milli Məclisinin deputatı Razi Nurullayev,  incəsənətsevərlər, gənclər və Hindistan diasporunun üzvləri iştirak ediblər.

Çıxışı zamanı səfir Abhay Kumar Hindistan və Azərbaycan arasında hələ Tunc dövrünə gedib çıxan minilliklərə söykənən sivilizasiya əlaqələrindən danışıb. O vurğulayıb ki, bu münasibətlər əsrlər boyu mədəni və mənəvi mübadilələr vasitəsilə daha da möhkəmlənib.

Səfir, xüsusilə Azərbaycanın tarixi Atəşgah məbədini qeyd edib. O bildirib ki, məbəddə devanaqari əlifbası ilə yazılmış bir neçə kitabə və svastika, “Om”, Qaneşa və Nataraca fiqurları kimi hind mənəvi simvolları mövcuddur. Səfir, həmçinin Hindistan filmlərinin, musiqisinin, mətbəxinin və yoqanın Azərbaycanda getdikcə daha çox populyarlıq qazanmasının iki xalq arasındakı güclü mədəni yaxınlığın canlı göstəricisi olduğunu bildirib.

Abhay Kumar əlavə edib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvi mühüm mədəni körpü rolunu oynayıb və onun yaradıcılığı Hindistanda bir çox şair və ədəbi ənənələrə təsir göstərib.

Deputat Razi Nurullayev isə coğrafi uzaqlığa baxmayaraq, iki ölkə arasında dərin mədəni bağlılığın mövcud olduğunu qeyd edib. O, bu mənalı sərginin təşkilinə görə Azərbaycan Yaradıcılıq Dərnəyini yüksək qiymətləndirib.

Sərgidə Hindistan və Azərbaycan arasında ortaq irs, mədəniyyət və dostluq mövzularını əks etdirən gözəl rəsm əsərləri nümayiş olunub. Qonaqlara həmçinin müxtəlif hind yeməklərindən ibarət zəngin süfrə təqdim edilib və bu da gecəyə xüsusi ab-hava qatıb. 

Tədbir Hindistan və Azərbaycan xalqları arasında uzunmüddətli mədəni bağları və inkişaf edən dostluğu uğurla nümayiş etdirib.

Tədbir çərçivəsində Kathak rəqsi Fatimə Əliyeva tərəfindən ifa olunub, hind film mahnıları və rəqsləri isə Fatimə Hacızadə tərəfindən təqdim edilib.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://525.az
archiveBu xəbər 25 May 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri