Icma.az
close
up
RU
Bakıda içməli su BÖHRANI: İdarəetmədə ciddi islahatlara ehtiyac var

Bakıda içməli su BÖHRANI: İdarəetmədə ciddi islahatlara ehtiyac var

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Leysanlar həqiqəti üzə çıxardı, paytaxtın su-kanalizasiya sistemi iflic həddindədir

Paytaxtda hazırda 3 problem gündəmdədir. Şəhərdə su qıtlığnın yaşanması (Yasamal, Yeni Günəşli, Xətai, Suraxanı, Sabunçu...), bəzi yaşayış məntəqələrndə ərazilərdə çirkab sularının hələ də çəkilməməsi (Maştağa qəsəbəsi), əhalinin sudan korluq çəkdiyi bir vaxtda Binəqədi rayonunda içməli suyun küçəyə axması. 

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Sherg.az”a açıqlamasında bildirdi ki, belə vəziyyətin yaranması idarəetmədəki nöqsaların nəticəsidir: 

- Bilirik ki, Bakı şəhərində su-kanalizasiya sistemi ilə bağlı ciddi çatışmazlıqlar mövcuddur. Paytaxta son yağan leysan xarakterli yağışlar əlaqədar təşkilatlar üçün bir növ test oldu, bir daha sübut olundu ki, su-kanalizasiya sisteminin problemi dərindir, sistem tamamilə yenilənməlidir. Dünyada ağıllı şəhərlər qurulur, yağış sularının təsərrüfat və məişətdə istifadə edilməsi mümkün olur. Təəssüf ki, bizdə bu sistem hələ ki tətbiq edilməyib. Yağış sularının axıdılması üçün müvafiq sistem qurulmayıb. Yağış sularının axması üçün axar olmadığından su toplaşıb qalır, qaldıqca da qurunt sularının yenidən üzə çıxmasına səbəb olur, bu sular gölməçə şəklində aylarla qalır və üfunət qoxuyur. 

İ.Hüseynli bildirdi ki, Bakı şəhərinin içməli su ilə təchizatında problemlər var: 

- BMT-nin hesabatında içməli sudan əziyyət çəkən ölkələr arasında Azərbaycan 30-cu yerdədir. Bakı şəhərinin içməi su ilə təchizatı 3 istiqamətdəndir. Bəzi yerlərdə Kür suyu, şəhərin bir hissəsində Oğuz-Qəbələ-Bakı su xətti, digər istiqamətdə isə Ceyranbatan su anbarından gələn təchizat xətləridir. Şəhərin su ilə təminatı da fərqlidir. Oğuz-Qəbələ-Bakı xəttilə təchiz olunan ərazilərdə, məsələn Bunəqədi rayonu, digər bölgələrlə müqayisədə su təchizatında imkanlar daha genişdir. Ona görə də su təchuzatında fərqli hallar müşahidə edilir. Bir hissədə çatışmazlıq, bir hissədə isə normal imkanlar var. Amma suyun küçəyə axması və qarşısının alınmaması mən deyərdim ki, cinayətdir. Əgər Bakı şəhərində içməli su küçəyə axırsa, bu, boru partlamasının, texniki qəzanın nəticəsidirsə, təxirəsalınmadan təmir edilməli, qarşısı alınmalıdır. Əgər günlərlə bu davam edirsə və qarşısı alınmırsa, məsuliyyət daşıyan qurum məsulyyətə cəlb olunmalı, cərimə olunmalıdır. Bu, təsərrüfatsızlığın, idarəetmənin doğru qurulmamasının nəticəsidir. Əgər su-kanalizasiya sisteminin idarəolunmasını bələdiyyələrə verib, bələdiyyələrin səlahiyyətlərini artırsaq, seçkili orqan işij düzgün təşkilində daha çox maraqlı olacaq, nəinki vəzifəyə təyin edilmiş dövlət qulluqçusu. Bu gün paytaxtın su-kanalizasiya sistemində mövcud olan nöqsanlar onu göstərir ki, təsərrüfatsızlığın aradna qaldırılması üçün idarəetmədə ciddi islahatlara ehtiyac var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyun 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see410

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see302

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see271

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see248

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see232

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see212

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see210

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see203

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see199

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see198

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see188

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see184

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see183

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see182

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see179

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see177

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see176

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see170

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see169

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri