Icma.az
close
up
RU
Bakıda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin təqdisetmə mərasimi keçirilib AZƏRTAC

Bakıda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin təqdisetmə mərasimi keçirilib AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 14 dekabr, AZƏRTAC

Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager Azərbaycanda səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev Fondunun dəstəyi və Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə Müqəddəs II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin arxiyepiskop Paul Riçard Gallager tərəfindən təqdisetmə mərasimi keçirilib.

Mərasimdə Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, Milli Məclisin deputatı Soltan Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Müqəddəs Taxt-Tacın Azərbaycan Respublikasındakı Apostol nunsisi Marek Solçinski, Azərbaycanın Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov və digər rəsmi şəxslər iştirak ediblər.

Arxiyepiskop Paul Riçard Gallager kilsənin layihəsi ilə tanış olub.

Xatırladaq ki, kilsənin tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, giriş 722 ünvanında yerləşən 0,17 hektar torpaq sahəsinin Azərbaycan Respublikasındakı Katolik Kilsəsinin istifadəsinə verilməsi haqqında 2024-cü il 1 may tarixli Sərəncam qəbul edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Dekabr 2024 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see238

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see228

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see173

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see151

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see147

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see126

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see125

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see124

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see123

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see122

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see121

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see120

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri