Bakıda Roma Papası II İohann Pavelin adına katolik kilsə inşa ediləcək KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda Roma Papası II İohann Pavelin adını daşıyacaq katolik kilsəsinin inşası nəzərdə tutulur.
KONKRET.az tv1.az-a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC hazırlıqlara başlayıb.
Hazırda kilsənin layihə-smeta sənədləri hazırlanır. Bu işlər üçün 655 min manat xərclənməsi nəzərdə tutulur. Layihələndirmə çərçivəsində kilsənin tikiləcəyi ərazinin topoqrafiyası aparılacaq, geoloji işlər həyata keçiriləcək və şəhərsalma əsaslandırılması hazırlanacaq.
Qeyd edək ki, II İohann Pavel 2002-ci il mayın 23-də Azərbaycanda olub. Səfər zamanı II İohann Pavel Azərbaycanın Prezidenti Heydər Əliyevlə görüşüb.
Xatırladaq ki, II İohann Pavel 1920–2005-ci illərdə yaşayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 05 Mart 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















