Icma.az
close
up
RU
Bakıda iş adamı tapançalı “lotuların” göstərişi ilə 550 minə qol çəkib ŞOK TƏFƏRRÜAT

Bakıda iş adamı tapançalı “lotuların” göstərişi ilə 550 minə qol çəkib ŞOK TƏFƏRRÜAT

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə vətəndaşına qarşı xüsusi ilə külli miqdarda dələduzluq etməkdə ittiham olunan şəxs azadlığa buraxılıb.

Cinayət işi materiallarında tərəflər arasında baş verənlərlə bağlı maraqlı detallar üzə çıxıb. Təqsirləndirilən şəxs kriminal aləm üzvlərinin təzyiqləri ilə 550 min dollarlıq borc vərəqəsi imzalayıbmış.

​​​​​​"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, 1955-ci il təvəllüdlü Natiq Rzayev Türkiyə vətəndaşı Hüseyn Erenə qarşı iki epizod üzrə ümumilikdə 870 min dollarlıq dələduzluqda ittiham olunur.

Məlumata görə, Natiq Rzayevlə Hüseyn Eren 15 ilə yaxındır biznes əlaqələrinə malik olublar. Natiq Rzayev ayaqqabı alış-verişi ilə məşğul olub. Rzayev malı Türkiyədən Hüseyn Erenden alırmış.

Uzun illər davam edən ticarət əlaqələrində 2015-ci ildən etibarən problemlər yaranıb. Hüseyn Eren Natiq Rzayevdən hüquq-mühafizə orqanlarına şikayət edib. Bildirib ki, Natiq Rzayevə verdiyi 788 min dollarlıq malın pulunu ala bilməyib. Deyib ki, Natiq Rzayev Bakıda ona məxsus olan 90 min dollar dəyərindəki evi də sataraq pulunu ələ keçirib.

Hüseyn Eren bildirib ki, Natiq Rzayevə göndərdiyi malları Türkiyədə fabriklərdən nisyə götürüb. Natiq malı satıb pulu verə bilmədiyi üçün çətin vəziyyətdə qalıb. Onun sözlərinə görə, fabriklərdən aldığı malların pulunu ödəmək üçün Türkiyədə olan evlərini və maşınını satıb.

Natiq Rzayev dindirilən zaman özünü dələduzluqda təqsirli bilməyib. Deyib ki, alınan mallar hazırda Dağıstandadır. Onun sözlərinə görə, həmin məhsulların videogörüntüsü də var və həmin görüntüləri Hüseyn Erenə də göndərib.

Tərəflər arasındakı bu söhbət 2014-cü ildə başlayıb. Natiq Rzayev deyib ki, Hüseyn Erenlə məsələni həll edə bilmədiyi üçün araya kriminal aləmə yaxınlığı olan şəxslər girib. Həmin şəxslər Hüseyn Eren tərəfindən bu söhbətlərə cəlb edilib.

Natiq Rzayev ifadəsində həmin məsələləri belə danışıb:

“2018-ci ildən başlayaraq özlərini “lotu” kimi təqdim edən Türkiyə vətəndaşları Orhan, Polat, azərbaycanlı Amid, Ramin adlı şəxslər zəng etdi. Həmçinin “Çeçen” ləqəbli bir nəfər də var idi. Orhan adlı şəxs “pulu ödəməsən, oğlundan əlini üz” deyirdi. Görüşlərdən birində başıma tapança dayamışdılar. Hüseyn Erenə zəng edib dedilər ki, 600 min dollar yazdıraq? Hüseyn isə “50 min telinizə qurban, 550 min dollar yazdırın” dedi.

Mənə dəfələrlə zəng edirdilər. Hüseynə zəng edib bu barədə məlumat verdim. Mənə dedi ki, məsələni onlara tapşırıb.

Həmin şəxslərə hissə-hissə 38 min də pul vermişəm. Çünki qorxurdum. Oğlumun avtomobil nömrəsini, hara getdiyini bilirdilər.

Kriminal aləm üzvü olan həmin şəxslər hətta Dağıstanda mənim malları saxladığım anbara da gediblər. Oradan bir neçə maşın mal götürüblər”.

Natiq Rzayevin 550 min dollarlıq borcu etiraf edən əlyazma izahatı da cinayət işində sübut kimi yer alıb.

Bakı Ağır Cinayətlər məhkəməsində hakim Enur Nuriyevin sədrliyi ilə aprılan məhkəmə istintaqının nəticəsində Natiq Rzayevin birinci epizod üzrə təqsirli olması sübuta yetirilməyib.

Məhkəmə hesab edib ki, Natiq Rzayevlə Hüseyn Eren arasında məhz mülki hüquq münasibətləri mövcud olub. Onlar arasında mübahisə məhz mülki qanunvericiliklə tənzimlənən öhdəliyin icrası ilə bağlı yaranıb.

Məhkəmənin qənaətinə görə, Hüseyn Erenə məxsus malların bir qisminin Dağıstanda olması, onlar arasında ticarət əlaqələrinin indiyə qədər 10 milyon manatdan çox olması, Natiqin zərəri qaytarmaq üçün Dağıstanda olan malları satıb pulu ödəmək istəməsi onun əməlində dələduzluq niyyətinin olmadığını təsdiq edir.

Məhkəmə 788 min dollarlıq mübahisəli məsələnin mülki qaydada həll yolu tapa biləcəyinə qərar verib və bu epizodda Natiq Rzayevin əməlində cinayət tərkibi görməyib.

İkinci epizod kimi 90 minlik mənzilin satılması məsələsi də araşdırılıb. Bu əmələ görə Natiq Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədilikdə) maddəsi ilə təqsirli bilinib. Lakin bu epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə barəsində cəza təyin edilməyib.

Bununla da Natiq Rzayev məhkəmə zalından azadlığa buraxılıb.

​​​​​​"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 May 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri