Bakıda marşrut xətti müsabiqəyə çıxarıldı: Avtobuslarda oturacaq da yoxdur
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakinləri 206 nömrəli müntəzəm marşrut xətti ilə işləyən avtobusların acınacaqlı vəziyyətindən narazıdırlar.
Bu barədə Oxu.Az-a şikayət ünvanlayan sakin qeyd edib ki, bu xətdəki avtobusların çoxu istismara yararsızdır.
"Avtobuslarda oturacalar belə yoxdur. "141"ə zəng etməkdən bezmişik. Amma çarə edən yoxdur", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirildi ki, Lökbatan qəsəbəsindən metronun "Elmlər Akademiyası" stansiyası və əks istiqamətdə fəaliyyət göstərən 206 nömrəli müntəzəm marşrut xətti üzrə qrafik üzrə səkkiz avtobus 10-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir.
"Avtobusların azlığı və nizamlı fəaliyyətin olmaması səbəbindən 206 nömrəli marşrut xətti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müsabiqəyə təqdim olunub", - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 17 Dekabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















