Icma.az
close
up
RU
Bakıda milyardlıq razılaşma Tarixi uğura kölgə salmaq istəyənlər kimdir? KONKRET

Bakıda milyardlıq razılaşma Tarixi uğura kölgə salmaq istəyənlər kimdir? KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uzun müddətdir müzakirə olunan COP29 həftəsi yekunlaşıb. Bugündən Bakıda COP-la bağlı qoyulan məhdudiyyətlər tam aradan qaldırılıb. Bakı beynəlxalq səviyyəli tədbiri uğurlu şəkildə təşkil edərək həm nüfuzumuzu, həm təhlükəsiz ölkə olduğumuzu isbatladı. Bakıda tarixi naliyyət əldə olundu. COP29-da 300 milyard dollar maliyyə hədəfi həqiqətən tarixi nailiyyətdir və qarşıdan gələn dövrdə bu məbləğin daha da artırılması üçün zəmin yaradılıb. Belə ki, inkişaf etmiş ölkələr hər il inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə məqsədilə 100 milyard dollar ayıracaq və bu məbləğ 2035-ci ilədək 300 milyard dollara çatdırılacaq.

KONKRET.az xəbər verir ki, planetin gələcəyini qorumaqla bağlı, iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığı gücləndirmək və inkişaf etməkdə olan ölkələri dəstəkləmək məqsədini daşıyan razılaşmanın əldə olunması Bakının böyük uğurudur. Bunun uğurla həyata keçirilməsi isə əsasən inkişaf etmiş ölkələrin vədlərinə əməl etməsinə və ayrılan maliyyə vəsaitlərinin ədalətli və şəffaf idarə olunmasına bağlıdır.

COP29-da müəyyən edilən 300 milyard dollar maliyyə hədəfi iqlim dəyişikliyinə qarşı mübarizə və qlobal karbon emissiyalarının azaldılması məqsədilə istifadə olunacaq. Bu vəsait, əsasən, bərpa olunan enerji mənbələrinin inkişafına, enerjidən səmərəli istifadəni təşviq edən texnologiyalara və iqlim təsirlərinə həssas bölgələrdə davamlı infrastruktur layihələrinə sərf ediləcək. Həmçinin, inkişaf etməkdə olan ölkələrə iqlim adaptasiyası və karbon emissiyalarını azaltmaq üçün texniki və maliyyə dəstəyi təmin ediləcək. Bu fondlar şəffaflıq və ədalət prinsipləri ilə idarə olunacaq.

Sözügedən razılığın əldə olunmasında maneələr var idi. Xüsusilə ABŞ və Avropa İttifaqının, maliyyə yükünü üzərlərinə götürməkdən çəkinməsi ciddi problemlər yaradıb. Cozef Bayden Administrasiyası və Aİ rəhbərliyi əlaqəli şəkildə müzakirələri hədəfdən yayındırmaq yolunu tutmalarına baxmayaraq, inkişaf etməkdə olan ölkələrin güzəştə getməsi və qlobal ictimaiyyətin təzyiqləri nəticəsində ortaq razılıq əldə olunub.

Maliyyə hədəfinin müəyyən edilməsi prosesində yaranan gərginliyin əsas səbəbi, Avropa İttifaqının və xüsusilə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin sərgilədiyi mövqe olub. Dekabrda başa çatacaq yeni Komissiya heyətinin formalaşdırılması və təsdiqlənməsi ilə bağlı Brüsseldəki işlərini bəhanə edərək Bakıya gəlməyən Ursula fon der Leyen razılaşma ilə bağlı mövqeyini hələ tədbir başlamışdan bildirib. Onun rəhbərliyi altında Avropa İttifaqı iri maliyyə öhdəlikləri götürməkdən çəkinərək, danışıqlarda uzlaşma əldə edilməsini çətinləşdirib.

Razılaşmanın əldə olunmasını çətinləşdirən, əməkdaşlıqdan çox qalmaqal yaratmağa çalışan şəxslərdən biri də Almaniyanın xarici işlər naziri Annalena Berbok idi. Berbok COP29 zirvəsi çərçivəsində Aİ-ni təmsil etmək üçün Bakıya səfəri zamanı iqlim dəyişikliyi məsələlərinə tam diqqət yetirmək əvəzinə, bir sıra mübahisəli addımlar atıb. O, mətbuat konfransı keçirərək əsas müzakirə mövzusu olan iqlim problemlərindən kənara çıxaraq Azərbaycanda insan haqları mövzusuna fokuslanıb. Həmçinin müxalifət nümayəndələri və Qərbin Azərbaycandakı şəbəkə fəalları ilə görüşlər təşkil edibi ki, bu da zirvə kontekstində diqqətlərin əsas məqsəddən yayınmasına səbəb olub.

Zirvənin sonuncu günündə isə Annalena Berbok COP29 müzakirələrində iştirak etməsinə baxmayaraq, iqlim məsələlərində konstruktiv töhfə verməkdən çox, gərginlik yaradan mövqelər nümayiş etdirib. Berbokun bu davranışları beynəlxalq aləmdə tənqidlərə səbəb olub və onun zirvədəki əsas funksiyasını ikinci plana saldığı barədə fikirlər formalaşdırıb. Sözsüz ki, bu yanaşma COP29-un əhəmiyyətini kölgədə qoya bilmədi. Amma, onun Aİ təmsilçisi olaraq daha ciddi mövqe sərgiləməsi gözlənilirdi.

Bu kimi maneələrə baxmayaraq COP29 iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səylərin daha da gücləndirilməsi üçün əhəmiyyətli addımlardan biri kimi tarixə düşdü. Bu tədbir çərçivəsində 300 milyard dollar dəyərində maliyyə hədəfinin müəyyən edilməsi, yalnız cari ehtiyacların qarşılanması deyil, həm də gələcəkdə daha genişmiqyaslı məqsədlərə çatmaq üçün mühüm təməl rolunu oynayır. Bu məbləğ iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması və inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi üçün vacib bir resurs olaraq qəbul edilir. Qarşıdakı dövrdə bu maliyyə hədəfinin daha da artırılması və əlavə resursların təmin edilməsi istiqamətində işlərin görülməsi üçün əlverişli şərait yaradıldı ki, bu da tədbirin strateji əhəmiyyətini daha da artırır.

Azərbaycanın ev sahibliyi etdiyi COP29 zirvəsi isə təşkilatçılıq səviyyəsinə görə beynəlxalq aləmdə böyük rəğbət qazandı. Tədbir çərçivəsində iştirak edən dövlətlər və beynəlxalq təşkilatlar arasında qurulan konstruktiv dialoq, iqlim dəyişikliyinə qarşı qlobal səviyyədə həmrəyliyin gücləndirilməsində mühüm rol oynadı. Azərbaycanın bu möhtəşəm tədbirə ev sahibliyi etməsi, yalnız logistika və təşkilati bacarıqları deyil, həm də ölkənin iqlim dəyişikliyi ilə bağlı qlobal məsələlərdə fəal iştirakını nümayiş etdirdi. Bu tədbir həm nəticələr baxımından, həm də göstərilən qonaqpərvərlik və təşkilatçılıq səviyyəsi ilə yadda qaldı. Nəticədə, COP29 təkcə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səylərin gücləndirilməsi baxımından deyil, həm də Azərbaycanın bu mübarizədəki önəmli rolunu vurğulayan tarixi bir hadisə kimi qiymətləndirilir./milliaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Noyabr 2024 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri