Icma.az
close
up
RU
Bakıda Nargin və Osmanlı əsirləri mövzusunda beynəlxalq konfrans keçirildi FOTOLAR

Bakıda Nargin və Osmanlı əsirləri mövzusunda beynəlxalq konfrans keçirildi FOTOLAR

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Mərmər zalda baş tutan tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilmiş, daha sonra konfransın plenar iclasına keçilmişdir. Açılışda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri Prof. Hamlet İsaxanlı, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün, TİKA sədr müavini Dr. Ümit Naci Yorulmaz və layihənin əlaqələndiricisi, Türkiyə Məzunu İş Adamları və Ziyalılar Platformunun rəhbəri Dos. Telman Nüsrətoğlu çıxış edərək, həm layihənin əhəmiyyətini vurğulamış, həm də Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığın tarixi əsaslarını dilə gətirmişlərdir. Bundan əlavə musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovanın rəhbərliyi altında Məhsəti Cabbarova və Xəzər Universitetinin kamera orkestri tərəfindən Çanaqqala və Yəmən türküləri ifa edilmişdir. Plenar iclasın sonunda isə arxivlərdən əldə edilən tarixi kadrları ehtiva edən videoçarx nümayiş etdirilmişdir. Konfrans müddətincə Azərbaycan, Türkiyə və Gürcüstan arxivlərindən əldə edilmiş çox sayda arxiv sənədi və dövrə aid şəkillərdən ibarət foto-sərgi də qonaqlara təqdim edilmişdir.
​Ümumilikdə beş paneldən ibarət olan konfransın elmi iclaslarında mövzunun  ən mühüm tədqiqatçılarından olan Atatürk Universitetinin müəllimi Prof.Dr. Betül Arslan, TİKA başkan yardımcısı Dr. Ümit Naci Yorulmaz, Azərbaycan Türk Ocağı Başkanı  Dr. Akif Aşırlı ,  məhşur ürək cərrahı , Sarıqamış Cəmiyyətinin sədri Prof.Dr. Bingür Sönməz. Dumlıpınar Universitetinin rektoru Prof.Dr.Süleyman Kızıltoprak, Mərmərə Universiteti Türkiyyat Araştırmaları İnstitutu müdiri Prof.Dr. Okan Yeşilot, Azərbaycan İdarəçilik Akademiyasının kafedra müdiri dos.Firdovsiyyə Əhmədova, Azərbaycan Pedaqoji Universitetinin müəllimi Prof.Dr. Xəqani Məmmədov, Mərmərə Universitetinin müəllimi dos. Mehdi Gəncəli, Karabük Universitetinin müəllimi Prof.Dr. Ali Asker, BDU- nun müəllimi dos.Boran Əziz, Xəzər Universitetinin kafedra müdiri dos. Telman Nüsrətoğlu, Qaziantəp Universitetinin dosenti Sadık Çətin, Sağlık Bilimləri Universitetinin dosenti  Resul Kösə, Xəzər Universitetinin müəllimləri Dr. Söhrab Mustafayev, Dr.Ramin Fətullayev, Ceyran Məmmədova və diyər tarixçilər tərəfindən  Azərbaycan cəmiyyətinin əsirlərə yardımlarının müxtəlif istiqamətləri ,əsirlərin Nargindəki həyatı , milli komitə, cəmiyyətlər və qəzetlərin əsirlər, möhtaçlarla bağlı yardım fəaliyyətləri müxtəlif panellərdə geniş şəkildə işıqlandırılmışdır. Azərbaycan, Türkiyə və Rusiyadan gələn mütəxəsislər məsələnin tarixi, milli, hüquqi və insani tərəflərini geniş şəkildə mütaliə və izah etmişlərdir. Hər panelin sonunda çıxışçılara və tədbirdə könüllü olaraq fəaliyyət göstərən tələbələrə sertifikatlar verilmişdir. Konfransa aid tezislər və proqram öncədən çap edilmiş və gələn qonaqlara təqdim edilmişdir. Bundan başqa bu mühüm tarixi dövrü unutmamaq, Azərbaycan- Türkiyə qardaşlığının dərin tarixi təməllərini yaddaşlarda daima diri tutmaq,  onların xatirələrini əbədiləşdirmək üçün irəli sürülən aşağıdakı təkliflər konfrans iştirakçıları tərəfindən dəstəklənmişdir.
seeBaxış sayı:91
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 İyun 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri