Bakıda ötmə edən sürücü maşını piyadanın üzərinə sürüb təhlükə yaratdı VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Sabunçu rayonunda qayda pozan sürücü piyadanı vurmaqdan son anda xilas olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə ötən ilin oktyabr ayında Əjdər Məlikov küçəsində qeydə alınıb. Hərəkətdə olan 90-DL-780 dövlət nömrə nişanlı “Fiat” markalı avtomobilin sürücüsü ötmə qaydasını pozub. Belə ki, o, yol kənarıyla gedən piyadaya əhəmiyyət vermədən öndəki nəqliyyat vasitəsini sağdan ötməyə çalışıb. Təhlükəylə üz-üzə qalan piyada vaxtında qaçaraq qəzadan son anda xilas olub.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna əsasən, sürücü girmək istədiyi hərəkət zolağının ötmə üçün kifayət edəcək məsafədə boş olduğuna əmin olduqdan sonra ötmə əməliyyatını icra etməlidir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 05 Fevral 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















