Bakıda ov tüfəngindən atəş açıldı: Hadisə yerində ölən və yaralanan var
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Martın 26-da axşam saatlarında Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində münaqişə zəminində silahlı insident baş verib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 1959-cu il təvəllüdlü Cavanşir Muradov mübahisə zamanı ov tüfəngindən atəş açaraq qəsəbə sakini, 1981-ci il təvəllüdlü Məmmədhüseyn Əmirovu öldürməyə cəhd göstərib. Hadisə zamanı sonuncunun atası, 1956-cı il təvəllüdlü Vaqif Əmirov tüfəngdən açılan atəş nəticəsində ölüb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C.Muradov saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Bakıda ov tüfəngindən atəş açıldı: Hadisə yerində ölən və yaralanan var
27 Mart 2026 06:31
Bakıda bədbəxt hadisə ÖLƏN VAR KONKRET
26 Fevral 2026 20:27
Sərhədçilərimizə atəş açıldı Ölən və yaralanan var
02 May 2025 17:30
Bakıda binanın zirzəmisində faciəli hadisə Ölən var
08 Yanvar 2025 14:15
Bakıda marketdə bədbəxt hadisə ÖLƏN VAR KONKRET
04 Fevral 2026 13:10
Baxış sayı:144
Bu xəbər 26 Mart 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















