Icma.az
close
up
RU
Bakıda satılan İran malları bahalaşdı Yeni qiymətlər

Bakıda satılan İran malları bahalaşdı Yeni qiymətlər

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bazarda yerli məhsullarla yanaşı İran məhsullarının da öz müştəriləri var. 

Milli.Az xəbər verir ki, İranın ölkəmizə ixrac etdiyi məhsullara nəzər saldıqda statistik göstəricilər göstərir ki, əsas yeri ərzaq məhsulları tutur. Balıq məhsulları, süd məhsulları, kərə yağı, xurma və qurudulmuş meyvələr isə ixracda əsas məhsullar sırasındadır. Xurma isə Ramazan ayı ərəfəsində ən çox alınan İran məhsuludur.

Satıcıların sözlərinə görə, ən baha xurma Fələstindən gəlir, kilosu 30 manatdır:

"Ən ucuz xurma isə 5 manatdır. İran yağı əvvəl 14 manat idisə, indi 16 manatadır. Düyü, ərik qurusu və çərəzlərin qiymətində isə elə də fərq yoxdur". 

Alıcılar isə məhsullarda hər hansı bahalaşmanın olduğunu düşünmürlər:

"Qiymətlər demək olar ki, eynidir. Hər hansı bir fərq görmürəm".

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, İrandakı proseslərə əsasən, məhsulların bahalaşması gözləniləndir. Məhsulların daşınma və tədarük prosesinin çətinləşməsi əlavə xərclər yaradır ki, bu da sonda qiymətlərdə əks olunur:

"İş adamları adətən mallarını 1-2 aylıq ehtiyatla saxlayırlar. Lakin hadisələrin gedişi Azərbaycana təsirsiz keçməyəcək. İran məhsullarının bazarda ucuz təklifləri azalarsa, onların qiymətləri yüksələ bilər. Bu vəziyyətdə bazar dominantlığı isə İran məhsullarının yerinə daha baha qiymətə digər ölkələrdən gətirilən alternativ məhsullara keçə bilər".

Aysel Əkbər
Milli.Az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Yanvar 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri