Icma.az
close
up
RU
Bakıda taksilər kəskin bahalaşdı Yeni qiymətlər

Bakıda taksilər kəskin bahalaşdı Yeni qiymətlər

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda fəaliyyət göstərən taksi şirkətləri, xüsusilə “Uber” və “Bolt”un son günlər minimal gedişhaqqını artırdığı bildirilir. Belə ki, artıq qısa məsafələr üçün “Uber”də minimum ödəniş 4 AZN, “Bolt”da isə 3,50 AZN təşkil edir. Halbuki bir müddət əvvəl ən yaxın ünvana sifarişin qiyməti 2,50 AZN idi. Bu dəyişiklik sosial şəbəkələrdə sərnişinlərin narazılığına səbəb olub.

Taksilərlə bağlı sabit və ədalətli tarif sistemi necə təmin edilə bilər?

Globalinfo.az-a danışan REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, taksi xidmətində qiymətləri dövlət tənzimləmir və bu sahə sərbəst bazar prinsiplərinə əsaslanmalı idi:

Natiq Cəfərli

“Azərbaycanda uzun müddət regionun ən ucuz taksi xidmətləri mövcud idi. Lakin son illərdə dövlət tərəfindən avtomobillərə və digər məsələlərə dair əlavə tələblərin tətbiqi qiymətlərin yüksəlməsinə səbəb olub. Əslində, qiymətlərin sabit qalması üçün əsas mexanizm rəqabətdir. Ancaq tənzimləyici qaydaların sərtləşməsi nəticəsində bazarda rəqabət zəifləyib. Mövcud şəraitdə rəqabətli mühit təmin olunmasa, taksi xidmətlərinin qiymətlərində artımın davam etməsi mümkündür”.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, məlum qiymət artımı insanların narahatlığına səbəb olub:

“Əsas sual bu artımın zəruriliyinə bağlıdır. Yəni iqtisadi baxımdan qiymətlərin qaldırılması nə dərəcədə səmərəli və əsaslıdır? Halbuki son dövrlərdə yanacaq qiymətləri ciddi dəyişməyib, buna baxmayaraq nəqliyyatda qiymət artımları bir neçə dəfə təkrar edilib.

Aslan Əsədov

Rəsmi açıqlamaya görə, artımın səbəbi nəqliyyat sektorunda keyfiyyətin yüksəldilməsi ilə bağlıdır. Yeni, sağlam və müasir nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi və bu proseslərin maliyyələşdirilməsi əlavə vəsait tələb edir. Bundan başqa, sərnişin daşıyan şirkətlərin müəyyən xərcləri birbaşa gedişhaqlardan qarşılanır. Belə ki, toplanan vəsait şirkətlərin balansına yönləndirilir və xidmətlərin təmin olunmasına sərf edilir”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Sentyabr 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri