Icma.az
close
up
RU
Bakıda pasiyent müalicə olunduğu diş həkimindən 50 min manat aldı TƏFƏRRÜAT

Bakıda pasiyent müalicə olunduğu diş həkimindən 50 min manat aldı TƏFƏRRÜAT

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda özünü sahibkar kimi təqdim edən 39 yaşlı kişi iki nəfərin külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilib.

"AzPolitika" Teleqraf-a istinadla xəbər verir ki, 1987-ci il təvəllüdlü Bakı şəhər sakini Rəsul Musayev sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı halda stomatoloq Mirəli Hüseynova guya kafel-metlak əşyaları alıb, satışını təşkil etdiyini və yaxşı qazandığını, pul qoyacağı halda onun da qazanc əldə edəcəyini söyləyib.

Rəsul Musayev Yeni Yasamal qəsəbəsi, Məhəmməd Xiyabani küçəsindəki yaşayış binasının birinci mərtəbəsində olan diş klinikasında Mirəli Hüseynovdan 3000 manat alıb. Ticarətlə məşğul olaraq qazanc əldə etməsi görüntüsünü yaratmaq üçün guya 3000 manatın qazancından ona 575 manat verib.

Əlavə olaraq 3000 manat da alıb və qazandığı vəsait kimi ona 550 manat geri qaytarıb. Rəsul Mirəlidən bir neçə dəfəyə 50208 manat alıb, həmin pulu sosial şəbəkədə mərc oyunlarına sərf edib.

İstintaq sənədlərinə görə, Rəsul Musayev daha bir nəfərə - “SS Center” Məhdud Məhsuliyyətli Cəmiyyətdə (MMC) satıcı işləmiş Kamil Cəfərova qarşı da dələduzluq edib. O, kafel-metlak satışı təşkil etmək adı ilə ondan ümumilikdə 71500 manat pul alıb və mərc oyunlarına sərf edib.

İstintaq orqanı Rəsul Musayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edib.

İş üzrə ifadə verən Rəsul özünü təqsirli bilib, ifadəsində göstərib ki, Yeni Yasamalda yaşayıb: “Mirəli binanın aşağı mərtəbəsində stomatoloq işləyirdi, bir neçə illər onun pasiyenti olmuşam. Təxminən 2025-ci ilin iyun ayında ona kafel-metlak satışı təşkil etməyi, gələcəkdə isə özümüzə mağaza açmağı təklif etdim. Məqsədim Mirəlini aldatmaq deyildi. Bir dükanı İnqilab küçəsində, digərini isə Babək prospektində açacağımızı dedim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, onun Çin zavodunun əməkdaşlarına kimi əlaqələri olub: “Son işlədiyim “Rich Plaza”dan üç nümayəndə gəlib və ilk başlanğıcda üç konteyner məhsul alacağıma dair onlarla danışığım olub. Bununla bağlı 2025-ci ilin dekabr ayında nümunələrə baxmağa getməli idim. Məqsədim Mirəlidən aldığım pul məbləğlərini 90-100 min manata çatdıraraq üç konteyner malın pulunu vermək idi.

Mirəlidən aldığım pulları qeyri-qanuni üsullarla artırmaq istəyirdim, həmin üsullardan biri də “1Xbet” mərc oyunları idi. Lakin elə oldu ki, ilk məbləğdə pulu uduzdum”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Mirəlidən 3000 manat, daha sonra 5000 manat da pul alaraq oyuna qoyub: “Lakin bütün pulları oyunda uduzdum. Bundan sonra Mirəliyə daha böyük məbləğlə, yəni 40-50 min manat stabil işi görmək təklifi etdim. Mirəli də hissə-hissə pulları mənə verdi. Mirəlidən ümumilikdə təxminən 52000 manata yaxın pul almışam”.

Təqsirləndirilən şəxs deyib ki, digər zərərçəkmiş Kamal Cəfərovu da eyni məzmunda, yəni kafel-metlak satışını həyata keçirmək adı ilə ilk olaraq 6000 manat alıb: “Bundan sonra daha böyük məbləğlər aldım və yenə də eyni ilə pulları oyunda uduzdum. Kamala da arada udduğum məbləğlərdən ödəniş etmişəm. Hər iki zərərçəkmişə ümumilikdə 7000 manata yaxın pul qaytarmışam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, əvvəllər də “1Xbet” mərc oyunları oynayıb: “Amma bu dəfəki qədər böyük məbləğlər qoymamışam. Əvvəllər bu oyundan qazanc əldə edəcəyimə ümidlənsəm də, sonradan heç kimin oyunlardan qazanc götürmədiyi bildim. Mən mərc oyunlarında 5000 manat və 7000 manat pullar qazanmışam. Həmin uduşlardan da xırda məbləğlərdə həm Mirəliyə, həm də Kamala ödənişlər etmişəm. Onların pulunu qaytarmaq istəyirəm. Bunu həbsdən azad edildikdən sonra edə bilərəm. Bu əməlimdən peşmanam”.

İş üzrə zərərçəkmiş Kamal Cəfərovun sözlərinə görə, Rəsulu 10-15 ildir tanıyır: “Mən dərman firmasında mal paylamışam, dəfələrlə çətin vəziyyətində Rəsula maddi kömək etmişəm. Hadisələrin baş verdiyi ərəfədə əməliyyatdan yeni çıxmışdım. Rəsul dörd dəfə zəng edərək mənimlə görüşmək istədiyini və bəzi təkliflərinin olduğunu dedi. Ona təkliflərdən birmənalı olaraq uzaq olduğumu bildirdim. Çox təkidlərdən sonra onunla görüşdüm. Görüş zamanı anamgilin evində işləyən ustalara pul verməli olsa da, pulu Rəsula verdim”.

Kamal Cəfərov qeyd edib ki, Rəsula 2025-ci ildə avqust ayının əvvəlində Abşeronda 6000 manat, “Rich Plaza”nın yanında bir dəfə 30500 manat, bir dəfə də 35000 manat verib: “Sentyabrın sonunda uşağıma görə xaricə getməli oldum. Rəsula oktyabr ayının əvvəli gələcəyimi və pulları alacağımı bildirdim. Sentyabrın 25-dən sonra Rəsulu tapa bilmədim. Rəsulun qardaşı ilə əlaqə saxladım. Qardaşı Rəsulun bir dəfə də belə iş gördüyünü və kimlərisə aldatdığını dedi”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Musayev 6 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Avqust 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri