Icma.az
close
up
RU
Bakıda qadına qarşı zorakılıq: 33 yaşlı kişi sevgilisini rüsvay etməklə hədələdi

Bakıda qadına qarşı zorakılıq: 33 yaşlı kişi sevgilisini rüsvay etməklə hədələdi

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Nəsimi rayonunda 1992-ci il təvəllüdlü Aydın Xəlilov qısqanclıq zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu Aytənə (ad-soyad şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə cütlüyün yaşadığı çoxmənzilli yaşayış binasının birinci mərtəbəsinin blokunda baş verib. 
Aydın qeyri-rəsmi münasibətdə olduğu zərərçəkmiş şəxsi heç bir əsaslı səbəb olmadan nalayiq ifadələrlə təhqir edib. Ona insanların gözü qarşısında zor tətbiq edərək divara çırpıb. 
O cümlədən qəsdən qadının başına və bədəninin müxtəlif  nahiyələrinə əlləri ilə zərbələr vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Aydının barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Aytən hündürmərtəbəli binanın 13-cü mərtəbəsində yaşayır: “Həmin binanın 8-ci mərtəbəsində mənim 3 otaqlı mənzilim var. Mənzil anamın adınadır. Lakin özüm başqa bir binada valideyinlərimin evində yaşayıram. İlk dəfə Aytəni taksi fəaliyyəti ilə məşğul olduğum “Kia Rio” markalı avtomobillə müştəri kimi gedəcəyi ünvana və işə aparan zaman tanımışam. Həmin vaxt məndən mobil nömrəmi alaraq dəfələrlə zəng etdi, məni taksi kimi çağırdı. Beləliklə aramızda münasibət yarandı və onunla  birlikdə 9 ay yaşamışıq. Həmin müddət ərzində dəfələrlə birlikdə ölkənin müxtəlif rayonlarına tədbirlərə getmişəm. Birlikdə vaxt keçirmişik, istirahət etmişik. Birlikdə yaşadığımız müddət ərzində Aytənin Türkiyədə təhsil alan qızı tətilə gəlib və anası ilə birlikdə yaşamağa başladığı vaxtlar mən öz evimdə yaşamışam. Qızı getdikdən sonra yenə onunla  birlikdə qalmışam. Bir müddət əvvəl Aytən mənə xəyanət etdi. Bu mövzuda aramızda sözlə mübahisələrimiz yarandı”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin may ayının əvvəlində Aytənin bu hərəkətləri barədə onun atası Alimə bildirəcəyini deyib: “Növbəti günlərdə qadının mobil telefonuna zəng edərək onunla görüşmək istədiyimi bildirdim. Aytən də mənim təklifimi qəbul etdi. Bundan sonra biz Badamdar qəsəbəsində yerləşən restoranda görüşdük. Aytənlə restoranda bir qədər söhbət edərək onunla barışmaq istədiyimi bildirdim. Aytən isə mənim qısqanc olduğumu, mənimlə yaşamaq istəmədiyini dedi. Təxminən saat 19:05-də biz restorandan çıxdıq və Aytənin atası Alim avtomobil ilə onun arxasınca gəldi. Aytən onu bir daha narahat etməməyimi bildirdi, atasının avtomobilinə əyləşərək getdi. Özüm də avtomobilim ilə Ənvər Qasımzdə küçəsində yerləşən yaşayış  kompleksinin qarşısına gəldim”. 
Aydının ifadəsinə görə, təxminən saat 20 radələrində Aytən ona mesaj yazıb: “Mən də yenə də barışmaq istədiyimi qeyd etdim. Həmçinin məndən şikayət etməsi üçün Aytəni kimin öyrətdiyini soruşdum. Bundan sonra özünü öldürəcəyini yazdı və nömrəmi “qara siyahı”ya saldı. Saat 22 radələrində Aytən yaşadığı məhəlləyə gəldi, bloka daxil olaraq liftə minmək istədi. Mən ona mane oldum və Aytənin atasının mobil nömrəsinə zəng etdim, qızının özünü öldürmək istədiyini deyərək binanın qarşısına gəlməyini istədim. Həmin vaxt mənim atam Ramiz və anam da liftin qarşısına gəldilər. Aytənin liftə  minməsinə mane olmağa çalışaraq onun atasının gəlməsini gözlədim. Aytən liftə minmək istəyəndə isə ona mane olmaq məqsədi ilə əllərindən tutdum, geriyə çəkməyə çalışdım. Daha sonra Aytən, özüm və anam liftə mindik, 13-cü mərtəbədə liftdən endik. Bir neçə dəqiqə sonra polis əməkdaşı, Aytənin atası və anası da, həmçinin mənim də atam oraya  qalxdılar. Sonra polis əməkdaşı məni 20-ci polis şöbəsinə dəvət etdi. Barəmdə protokol  tərtib edildi. Mən Aytəni vurmamışam, ona xəsarətlər yetirməmişəm”.
İş üzrə zərərçəkmiş Aytənin sözlərinə görə, onunla eyni binada yaşayan təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayından taksi sürücüsü kimi tanıyıb və onun avtomobili ilə taksi kimi işə gedib-gəlib: “Daha sonra aramızda münasibət yarandı, birlikdə yaşadıq. Bu müddət ərzində Aydın mənə qarşı həddindən artıq qısqanclıq etməyə başladı. Sonradan artıq etdiyi hərəkətlərə dözə bilmədiyim üçün ondan ayrılmaq qərarına gəldim. Bu fikrimi ona bildirdim. Lakin Aydın məndən ayrılmayacağını, əgər ayrılamsa, ona qarşı rüsvayedici hərəkətlər edəcəyini bildirdi. Ancaq buna fikir vermədim, ondan ayrıldım. Ayrıldıqdan sonra Aydın ünvanıma nalayiq ifadələr işlətməyə və məni tez-tez narahat etməyə başladı”. 
Zərərçəkmiş qeyd edib ki, növbəti gün Aydın ona zəng edib və 10 dəqiqə ona vaxt ayırmağını istəyib: “Bundan sonra ayrılacağını, məni narahat etməyəcəyini bildirdi. Həmin vaxt özüm “Pullman” oteldə tədbirdə olmuşam. Buna görə onu həmin otelin yaxınlığında olan restorana dəvət etdim. Aydan bağışlamağımı istədi. Mən fikrimin qəti olduğunu deyərək bayıra çıxdım. O, da arxamca gələrək məni narahat etməyə və ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Mən də avtomobilimə əyləşərək yaşadığım ünvana gəldim. Aydın da məni izlədi, arxamca həmin yerə gəldi. Aydının mənə nəsə edə biləcəyindən çəkindim və binanın həyətində olan mühafizəçiyə yaxınlaşaraq mənə mənzilimə qalxmaqda köməklik etməsini xahiş etdim. Mühafizəçi də buna etiraz etmədi, mənimlə binanın girişinə doğru getdi. Bu zaman Aydın yaxınlaşaraq barışmağı istədi. Bunu bir daha rədd etdim və məni narahat etməməyi bildirdim. Sonra binaya daxil olarkən Aydın mənə binaya daxil olmağa icazə vermədi, ünvanıma nalayiq ifadələr işlətdi. Mənim baş və üz nahiyəmə əli ilə bir neçə dəfə zərbə endirdi”. 
Zərərçəkmişin ifadəsinə görə, daha sonra binaya daxil olub və Aydın da onun arxasınca binanın birinci mərtəbəsinə gəlib: “Liftin qarşısına gedərək qabağımı kəsdi, mənzilə qalxmağıma mane oldu. Həmin vaxt Aydının atası və anası, eyni zamanda mühafizəçi də orada olub. Aydın liftin qarşısında yüksək səslə nalayiq ifadələr işlətdiyi zaman onlar onu sakitləşdirməyə çalışsalar da, heç kimə əhəmiyyət vermədi. Dəfələrlə liftə yaxınlaşaraq mənzilinə qalxmaq istəyən zaman mənə qarşı fiziki zor tətbiq etdi, qolumdan tutaraq kənara itələdi. Həmin vaxtı 7-8 nəfər digər tanımadığım sakinlər də toplaşdı. Onlardan bir neçəsi Aydının hərəkətlərinə müdaxilə etdi, binada ailələrin yaşadığını, nalayiq ifadələr işlətməməsini, ictimai qaydanı pozmamasını, bu hərəkətlərinə son qoymasını tələb etdilər. Lakin onlara da tabe olmayaraq liftə minməyə imkan vermədi”. 
Zərərçəkmiş bildirib ki, məlum hadisədən sonra Aydının ona qarşı yenidən belə qanunsuz hərəkətlər edərək ona xəsarət yetirə biləcəyindən və dayanmadan narahat edəcəyindən çəkindiyi üçün onunla eyni binada yaşadığı mənzili satıb, atasıgilin yaşadığı ünvana köçüb: “Buna  baxmayaraq Aydın yenə də məni və ailə üzvlərimi narahat etməyə, zəng etməyə, iş yerimə gələrək narahatçılıq yaratmağa davam etdi”.
Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Aydına 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. 
Təqsirləndirilən şəxsin yaşadığı ünvanı cəza çəkdiyi müddət ərzində hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməsi qadağan olunub. 
Bundan başqa, bu müddət ərzində onun elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, eyni zamanda zərər çəkmiş şəxsin olduğu yerə getməmək və ümumiyyətlə ona yaxınlaşmamaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılıb.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Oktyabr 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see211

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see145

“36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər” FOTO

08 Oktyabr 2025 01:19see142

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see140

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see137

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see136

Ata olmaq istəyənlərin nəzərinə! Bu vərdişlərdən uzaq durun...

08 Oktyabr 2025 07:07see134

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see133

Rusların Baxmutdakı qərargahını məhv edilib...

08 Oktyabr 2025 18:11see128

Meloni məhkəməyə verildi

08 Oktyabr 2025 01:14see127

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see127

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see127

Qəzzada Türkiyənin mövqeyi nəzərə alınmadan sülh mümkün deyil

08 Oktyabr 2025 18:55see126

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

09 Oktyabr 2025 03:14see124

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see123

Hadrutun işğaldan azad olunmasından 5 il ötür

09 Oktyabr 2025 00:02see121

Gömrük Komitəsindən daxilolmalar azalıb Ekspert səbəb AÇIQLADI

08 Oktyabr 2025 17:23see121

Koreya yeməkləri sağlamlıq üçün təhlükə yarada BİLƏR

08 Oktyabr 2025 19:47see120

DTX nin keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdılar Məhkəmə

08 Oktyabr 2025 09:16see119

3 vəkil cəzalandırılıb, 4 nə xəbərdarlıq edilib Rəsmi

08 Oktyabr 2025 16:10see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri