Icma.az
close
up
RU
Bakıda səfirlik qarşısında İNSİDENT: sən xoruzsan sözünə görə qadının qolunu qırdı

Bakıda səfirlik qarşısında İNSİDENT: sən xoruzsan sözünə görə qadının qolunu qırdı

Icma.az bildirir, Lent az portalına istinadən.

Bakının mərkəzində gecə saatlarında dava olub.

Lent.az-ın məlumatına görə, hadisə Səbail rayonu ərazisində, Fransa səfirliyinin qarşısında baş verib.

20 yaşlı Maqsud Qədirov küçədə ona “sən xoruzsan” deyən qadının qolunu buraraq, sındırıb. Nəticədə onun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsilə cinayət işi açılıb.

İttiham aktına görə, zərərçəkən qadın küçədə Maqsuda cinsi azlıq olması barədə irad bildirib. Onlar arasında münaqişə də burdan başlayıb.

Təqsirləndirilən şəxs deyib ki, restoranda çalışır və sifarişlərin çatdırılması ilə məşğuldur:

“Həmin gün dostlarımla işdən çıxdım, bacım da yanımda idi. Bacım və dostlarım da gördü ki, saçım uzun olduğu üçün o qadın məni xoruz adlandırdı. Bu sözdən xoşum gəlmədi onun üstünə getdim ki, sən kimsən mənə belə deyirsən? Bu zaman qadın atamı və ailəmi söydü. Atam qazi idi, dünyasını dəyişib. Ona görə də buna göz yuma bilmədim. Həmin qadın içkili halda maşına əyləşərək məni təhqir etdi. Mənə sillə vurmaq istəyəndə onu itələdim. O, öz çəkisinin altında əzildi”.

Maqsud işinə yenidən baxılmasını istəyib.

Zərərçəkən isə bildirib ki, hadisə olan gün qarşı tərəf 4 nəfər idi:

“Onları görəndə yolumuzu dəyişmək istədik. Amma bizə söz atdılar. Niyə bizə sataşdıqlarını bilmirəm. Yolumuzu dəyişəndə yenə söz atdılar. Sözlərini xatırlamıram, amma adamı əsəbiləşdirən sözlər idi. Onlara gedin işinizlə məşğul olun deyəndə qolumu burdu. Yolda bütün maşınlar saxladı, bu da qaçıb getdi. Yanında 3 nəfər vardı, onlar niyə gəlməyiblər? Mən ona sataşmamışam, qolumu burub və əməliyyat olunmalıyam. Dırnaq ustası kimi fəaliyyət göstərirəm, işə gedə bilmirəm, tək uşağa baxıram. İşə gedə bilmirəm deyə uşaq evdə acdı”.

Zərərçəkən təqsirləndirilən şəxsin bir də belə etməməsi üçün onun cəzalandırılmasını xahiş edib.

Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən iclasda Maqsud Qədirov barəsində 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 Noyabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see475

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see205

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see200

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see193

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see158

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see151

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see141

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see140

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see140

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see139

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see132

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see132

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see132

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see131

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see127

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see127

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see127

Aygün Kazımovadan Zəfər Gününə özəl mahnı Mərd adam

08 Noyabr 2025 23:14see127

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see126

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri