Bakıdan Moskvaya sərt cavab: “AZAL təzminatı ilə dövlətlərarası məsələni qarışdırmayın”
Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.
Azərbaycanla Rusiya arasında AZAL təyyarəsi ilə bağlı gərginlik dərinləşir.
Sitat.info xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın son açıqlamasına cavab olaraq bəyanat yayıb.
Nazirlik bildirib ki, Moskvanın reaksiyası “təəccüb doğurmaqla yanaşı, ictimaiyyəti də çaşdırır”.
Qeyd olunub ki, AZAL və sərnişinlərə sığorta şirkəti tərəfindən ödəniləcək məbləğ ilə Azərbaycanın Rusiyadan tələb etdiyi dövlət kompensasiyası tamamilə fərqli məsələlərdir.
XİN-in açıqlamasına görə, sığorta ödənişləri artıq 6 aydır davam edir və bu, sırf müqavilə öhdəliklərinin yerinə yetirilməsidir. Təyyarənin Rusiyada sığortalanmasına gəlincə, beynəlxalq şirkətlərin bu ölkədə fəaliyyət göstərmədiyi üçün məcburi şəkildə yerli sığorta şirkəti seçilib.
“Bu səbəbdən, sığorta ödənişlərini dövlətlərarası kompensasiya ilə eyniləşdirmək doğru deyil”, – Azərbaycan XİN vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 05 Sentyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















