Icma.az
close
up
RU
Bakını yenə su basdı: Yağış barmaqlıqları yığılmasaydı belə olmazdı

Bakını yenə su basdı: Yağış barmaqlıqları yığılmasaydı belə olmazdı

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Bakıda leysan xarakterli yağışın yağmasından sonra paytaxtın bir çox küçə və prospektini su basıb. Yollar keçilməz hala düşüb, minik avtomobilləri və ictimai nəqliyyat vasitələri suyun içində qalıb. Xüsusilə Yasamal rayonu və şəhərin mərkəzi küçələrində yaranmış vəziyyət yollarda hərəkəti çətinləşdirib. 


Sosial şəbəkələrdə paylaşılan video və foto görüntülərdən açıq şəkildə görünür ki, bəzi küçələr avtomobillər və piyadalar üçün keçilməz vəziyyətdədir. Sakinlər və sürücülər sosial şəbəkələrdəki paylaşımlarında illərlə təkrarlanan bu mənzərənin kökündə duran səbəblərin nəhayət araşdırılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edirlər.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat və infrastruktur üzrə ekspert Elməddin Muradlı söylədi ki, bu problemin kökü uzun illər əvvəl şəhər rəhbərliyi tərəfindən atılan yanlış qərarlarla bağlıdır:


“Zamanında bu problemlərin həlli üçün kifayət qədər vəsait ayrılıb, işlərin görülməsi üçün göstərişlər verilib. Amma bəzi məmurlar problemlərin əsaslı şəkildə həllinə imkan yaratmayıb, ardıcıl səhvlərə yol verilib. Bu cür davranışla mövcud qanunvericilik pozulub. Bizim mövcud qanunvericiliyə görə, yağış suları kanalizasiya xətlərinə axmamalıdır. Qanun bunu açıq şəkildə deyir. Amma indi hər yerdə yağış suları kanalizasiyaya axıdılır və kanalizasiya xətləri də buna tab gətirmir. Nəticədə daşır və aydın məsələdir ki, vəziyyət pisləşir”.


Ekspert keçmiş Bakı Şəhər İcra Hakimiyyəti rəhbərliyini bu sahədəki sistemli problemlərə görə məsuliyyətli hesab edir:


“Bunu kim edib? Vaxtilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbov. O adam bilinmir ki, şəhərin düşməni idi, ya da nə məqsədi var idi. O, Bakıya çox böyük ziyan vurdu. Mən Yasamalda şahidi olmuşam ki, təmir işləri zamanı həmin yağış barmaqlıqları yox edilib.
Həmin dövrdə yağış barmaqlıqları məqsədli şəkildə sökülüb, bəziləri isə hətta satılıb. Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan yollarda demək olar ki, hamısında yağış barmaqlıqlarını sökdürüb satdırırdılar. Bu işlərin başında da Azad Balabəy Taliboğlu dururdu. Amma təəssüf ki, onun fəaliyyətinə qiymət verilmədi, araşdırılma aparılmadı, o, məsuliyyətə cəlb olunmadı”.


Ekspertin fikrincə, əsas problemlərdən biri də şəhərin əhali sayında qeyri-rəsmi artımın nəzərə alınmamasıdır:


“Bakı şəhərinin kanalizasiya sistemi 2-3 milyon nəfərlik əhali üçün nəzərdə tutulub. Halbuki, qeyri-rəsmi rəqəmlərə görə, Bakıda 5 milyondan çox adam yaşayır. Bu qədər əhaliyə bu sistem necə dözsün?”


E.Muradlı hesab edir ki, Bakıda yeni yaşayış binalarının tikilməsi zamanı da kanalizasiya xətlərindəki yüklənmə nəzərə alınmayıb:

"Hər yeni bina tikiləndə əlavə kanalizasiya yükü sistemə ötürülür, lakin bu dəyişikliklərə uyğun yeni infrastruktur yaradılmır. Bəzi tikinti şirkətləri var ki, özlərinə hörmət edirlər. Onlar iş görəndə kanalizasiya xətlərinin yenilənməsini də nəzərə alırlar, layihə verirlər, dövlətə pul ödəyirlər. Amma bəzi məmur-oliqarx şirkətlər məsuliyyətdən qaçır, nəticədə belə fəlakətli mənzərə yaranır”.


Bəs şəhərdə yaranmış vəziyyətlə bağlı rəsmi qurumlar hansı fikirdədir?


Problemlərlə bağlı ADSEA – İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti də açıqlama yayıb. Açıqlamada bildirilib ki, hazırda bütün qəza briqadaları ərazilərə cəlb olunub, nasaz kollektorlar və nasos stansiyaları təftiş olunur:


“İntensiv yağıntılar zamanı müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə ADSEA gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri müntəzəm həyata keçirilir”.


Bəsti Rəfizadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 Aprel 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri