Icma.az
close
up
RU
Bakının bu əraziləri yenidən qurulur… Əhali hara köçürüləcək?

Bakının bu əraziləri yenidən qurulur… Əhali hara köçürüləcək?

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının Yasamal rayonunda genişmiqyaslı köçürülmə prosesi başlayır.

Apa.az-ın məlumatına əsasən, Azərbaycan prospekti, Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrinin əhatə etdiyi ərazi yenidən qurulacaq. Bu çərçivədə həmin ərazidə yerləşən bütün yaşayış və qeyri-yaşayış obyektləri dövlət tərəfindən satın alınaraq köçürüləcək.

Tribunainfo.az xəbər verir ki, məqsəd paytaxtın mərkəzi hissəsində müasir infrastrukturun qurulması, təhlükəsizlik və şəhərsalma standartlarına uyğunlaşmanın təmin olunmasıdır. Layihənin icrası zamanı əhalinin hüquqları nəzərə alınacaq, mülkiyyət sahiblərinə kompensasiya ödəniləcək.

Hazırda ərazidə ilkin qiymətləndirmə və inventarlaşdırma işləri aparılır. Rəsmilər bildirirlər ki, sakinlərlə fərdi qaydada danışıqlar aparılacaq və razılaşma əsasında müvafiq ödənişlər həyata keçiriləcək.

Şəhərsalma üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, bu tip layihələrin uğurlu olması üçün şəffaflıq və sosial ədalət prinsipləri əsas götürülməlidir:

“Bakının mərkəzində köhnəlmiş tikililərin yenilənməsi vacibdir, lakin bu zaman sakinlərin maraqları birinci yerdə olmalıdır. Kompensasiyalar real bazar qiymətləri əsasında hesablanmalı, heç bir ailə zərərçəkmiş vəziyyətə düşməməlidir. Təəssüf ki, bəzi hallarda qiymətləndirmə ilə bağlı narazılıqlar yaranır. Ona görə də vətəndaşla şəffaf dialoq və hüquqi dəstək vacibdir.”

Ekspert həmçinin əlavə edib ki, bu tip yenidənqurma layihələri yalnız fiziki mühitin deyil, həm də sosial həyatın transformasiyasına səbəb olur. Ona görə də uzunmüddətli sosial təsirlər də nəzərə alınmalıdır.

Qeyd edək ki, bu, son illərdə Bakının müxtəlif ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələrinin davamı kimi qiymətləndirilir. Eyni zamanda, sakinlərə yeni yaşayış sahələri və ya ekvivalent maliyyə ödənişləri təklif olunacaq.

Nigar İxtiyarqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 02 May 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri