“Yeganə çətinliyim Braziliya ilə Azərbaycan arasındakı saat fərqi oldu” Video
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Çox yaxşı oyun keçdi. Lakin matçın əvvəlində hesabda geri düşməyimiz işimizi bir qədər çətinləşdirdi. Çalışdıq ki, ikinci hissədə məşqçimizin tapşırıqlarını yerinə yetirək. Fasilədən sonra oyuna nəzarət edən tərəf olduq. Təəssüf ki, yaratdığımız qol epizodlarından istifadə edə bilmədik”.
QOL.az saytına açıqlamasında bu sözləri “Zirə”nin qapıçısı Maykon Kleyton Misli Premyer Liqasının 13-cü turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Braziliyalı qolkiper öz çıxışını belə dəyərləndirib: “Zədədən qayıtmışam. Futbolçu karyeramda heç vaxt belə uzunmüddətli zədəm olmamışdı, bu qədər meydandan kənarda qalmamışdım. Getdikcə daha yaxşı adaptasiya oluram, öz üzərimdə çalışıram. Məqsədim özümə inamı qaytarıb komandaya maksimum dərəcədə kömək olmaqdır”.
O, növbəti iki turda “Sabah” və “Qarabağ”a qarşı keçirəcəkləri oyunlardan da söz açıb: “Bizi qarşıda iki böyük oyun gözlədiyini bilirik. Elə bu matçımız da (“Neftçi” ilə görüşü nəzərdə tutur - QOL.az) böyük komandaya qarşı idi. İlk növbədə bu cür oyunlardan bacardığımız qədər zövq almağa çalışırıq”.
“Mövsümün sonu ilə bağlı “Zirə”nin hədəfi nədir?” sualını Maykon Kleyton belə cavablandırıb: “Nəinki mövsümün sonu, ümumiyyətlə, hər oyunda məqsədimiz qalib gəlməkdir. Hər matça qələbə üçün çıxırıq. Qış fasiləsinə qədər qarşıda 3 oyunumuz qalıb. Həmin matçlara da maksimum motivasiya və 3 xal üçün çıxacağıq”.
28 yaşlı qapıçı Azərbaycana gəlişi və uyğunlaşma prosesindən də danışıb: “Açığı, bura gəlməmişdən öncə Azərbaycan çempionatındakı oyunları izləmirdim. Tanıdığım bir neçə həmyerlimdən Azərbaycan çempionatı barədə soruşmuşdum. Onlar da müsbət təəssüratlarını mənimlə bölüşmüşdülər. Ümumilikdə adaptasiyam çox uğurlu keçdi. Yeganə çətinlik çəkdiyimiz məqam Braziliya və Azərbaycan arasındakı saat fərqi oldu. Komanda rəhbərliyinə, məşqçilər korpusuna, komanda yoldaşlarıma bu cür xoş qarşılanmaya görə minnətdarlığımı bildirirəm”.
Sevil Heydərova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 29 Noyabr 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















