Icma.az
close
up
RU
Bakının dostundan İrəvana yeni təklif: Ankara və Moskva da razıdır

Bakının dostundan İrəvana yeni təklif: Ankara və Moskva da razıdır

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün platforma təklif edən ölkələrin sırasına Macarıstan da qoşulub. Bu ölkənin xarici işlər naziri Budapeştin sazişin imzalanmasına ev sahibliyi etməyə məmnun olacağını açıqlayıb.

Xüsusilə Macarıstanla Azərbaycana arasındakı yaxın münasibətlər və müxtəlif sahələr üzrə inkişaf edən əlaqələr fonunda bu təklif diqqət çəkir. Budapeştin həmçinin İrəvanla da yaxşı münasibətlərinin olması məkan kimi buranın seçilməsi ehtimalını gücləndirən amillərdən biri olaraq dəyərləndirilir.

Azərbaycan və Ermənistanın sülh müqaviləsinin imzalanması üçün Macarıstanı seçməsi nə dərəcədə mümkün görünür? Ümumiyyətlə, bu tarixi an üçün ən uyğun platforma hansıdır?

Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, Macarıstanın təşəbbüsü birmənalı şəkildə alqışlanmalıdır:

“Bu ölkə Azərbaycanla ən yaxın münasibətləri olan dövlətlərdən biridir. Eyni zamanda, unutmayaq ki, Azərbaycanın da yer aldığı Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi qismində təmsil olunur. Həmçinin Türkiyə ilə çox yaxın münasibətlərə malikdir. Bu səbəbdən, Ankara da Budapeştin Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında iştirakına isti baxır.

Macarıstanın Rusiya ilə də çox yaxın münasibətləri var. Hətta bu ölkənin Rusiya-Ukrayna savaşı başlayandan bu yana sərgilədiyi mövqe Avropanın bir çox dövlətlərində dərin xəyal qırıqlığı yaradıb. Bir sözlə, Rusiyanın da Macarıstanın sülh danışıqlarında iştirakına “yaşıl işıq” yandırması mümkündür. Bununla yanaşı, Vaşinqton da Budapeştin belə bir təşəbbüsünə qarşı çıxmayacaq. Sadəcə Fransanın etirazı gözlənilə bilər. Lakin nəzərə almaq lazımdır ki, Paris artıq danışıqlarda həlledici rola malik deyil. Çünki Fransa Prezidenti Emmanuel Makronun ermənipərəst mövqeyi bütün dünyaya bəllidir. Azərbaycan və Ermənistan, hətta Rusiya birmənalı şəkildə Fransaya qarşı çıxa bilər”.


Cavanşir Abbaslı

Ekspertin sözlərinə görə, İrəvan Macarıstanın prosesdə iştirakına qarşı çıxa bilməz:

“Çünki öncəliklə forpostu olduğu Rusiya buna imkan verməz. Ermənistan da sona qədər etiraz etmək gücündə deyil. Nəticə olaraq Macarıstanın sazişin imzalanmasına ev sahibliyi etmək şansı kifayət qədər yüksəkdir və gözləniləndir. Hesab edirəm ki, Budapeşt bu tarixi şansı əldən verməz, əsas ünvan kimi buranın seçilməsi normal sayıla bilər. Ümumiyyətlə, Ermənistanla Azərbaycan arasında münaqişənin davam etdiyi illərdə Macarıstan hər zaman problemin həlli istiqamətindən məsələyə yanaşıb. Bunun üçün də zaman-zaman öz obyektiv mövqeyini ifadə edib.

Bir faktı da unutmayaq, Budapeşt tarix boyu Avropanın ən mərkəzi şəhərlərindən biri hesab olunub. Macarıstan özü Avropa İttifaqının daim söz sahibi olan ölkələrindən biridir”.

Siyasi şərhçi Azərbaycan Prezidentinin bir həftə əvvəlki Macarıstan səfərinə də toxunub:

“İlham Əliyev bu ölkəyə son səfərində çox yüksək səviyyədə qarşılandı. Baş nazir Viktor Orbanla keçirilən görüşlərdə verilən mesajlara hər kəs şahid oldu. Macarıstan prezidenti ilə də reallaşan yüksək səviyyəli görüş Budapeştin Bakıya verdiyi dəyərin daha bir bariz sübutu idi”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 May 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri