Icma.az
close
up
RU
Bakının ən bahalı və ucuz mənzilləri 1 sotu 350 min AZN olan torpaq sahəsi

Bakının ən bahalı və ucuz mənzilləri 1 sotu 350 min AZN olan torpaq sahəsi

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hazırda əmlak bazarında alıcılara fərqli qiymətlərə mənzillər və fərdi yaşayış evləri təqdim edilir. Ərazidən asılı olaraq bu mülklərin dəyəri də müxtəlifdir. Lakin bazara ümumi nəzər salsaq mənzillərin qiymətinin nə azaldığını, nə də artdığını müşahidə etmiş olarıq. Bəs görəsən hazırda paytaxtın mərkəzi və ətraf yerlərində evlərin qiymətləri neçədir? Ucuz bina və həyət evlərini hansı ünvanda tapmaq olar?

Əmlak eksperti Ramil Qasımzadə mövzu ilə bağlı BAKU.WS-ə açıqlamasında bildirib ki, Bakının Səbail, Nəsimi,  Yasamal, Nərimanov kimi rayonlarında təmirsiz evlərin kvadratmetri ən azı 1800 AZN-dən başlayır. 

"Nəsimi, Səbail, Nərimanov daha bahalı rayonlardır. Burada elit layihəli binalar da var, orada bir kvadratmetr 8000 AZN-dən başlayır. Bura "Port Baku", "Şəhər bağları" kimi layihələr daxildir. Nərimanovda təmirsiz binada mənzilin bir kvadratmetri 2400-dən AZN, Yasamalda 1800 AZN-dən, Nəsimi rayonunda 2600 AZN-dən başlayır. Təmirlilər də isə bu qiymətlərə 400-500 AZN əlavə olunur".

Ekspert onu da bildirib ki, bəzən bina evlərin sahəsinin böyük olması onların hər kvadratmetrində endirimə səbəb olur;

"Yeni tikililərdə təmirsiz evlərin bir kavdaratmetri 2400 AZN-dən başlayır, sahəsi 200 kvadratmetrdən çox olan mənzillərdə isə qiymət 1900 AZN-ə qədər endirilə bilər. Lakin 100 kvadratmetrə qədər olan mənzillərin bir kvadratmetri 2400-2800 AZN-ə təklif edilir. Təmirli evlərdə isə bu qiymət daha yuxarı olur. Onların kvadratmetri 2800 AZN-dən başlayaraq təklif edilir. Böyük kvadratlı mənzillərdə isə bu qiymət 2300 AZN təşkil edir".

Ramil Qasımzadə vurğulayıb ki, "Xruşşovka" və "Leninqrad" tipli layihələrdə isə evlər 110-170 000 AZN aralığında dəyişir:

"Köhnə tikililərdə isə otaq sayına və layihəyə əsasən fərqlidir. Nərimanov rayonunda "Xruşşovka" tipli layihədə bir otaqlı təxminən 110 000 AZN, iki otaqlı 130 000 AZN-dən, üç otaqlılar isə 180 000 AZN-dən başlayır. "Leninqrad" layihəli binalarda isə bu qiymətlər daha yuxarıdır, bir otaqlı 130 000 AZN-dən, iki otaqlı 170 000 AZN-dən, üç otaqlı isə 200 000 AZN və daha yuxarı qiymətlərə ola bilir. Metrolara yaxın binalarda evlər digərlərinə nisbətən 15 faiz daha baha olur".

Ekspert Bakının mərkəzi və ətraf ərazilərdə olan fərdi yaşayış evlərindən də danışıb. O qeyd edib ki, bu evlərin qiyməti torpaq sahələrinin qiymətindən asılı olaraq dəyişir.

"Məsələn mərkəzdə yerləşən fərdi yaşayış evinin qiyməti bəzən milyonlarla ölçülür. Nərimanov rayonunun Həsən Əliyev küçəsində 1 sot torpağın qiyməti təxminən 350 000 AZN-dən başlayır. Ətraf ərazilərdə isə elə rayonlar var ki 1 sot orada 5000 AZN-dir. Buna şəhərdənkənar bağ evləri və başqaları buna aiddir. Bunlar əsasən Sabunçu, Suraxanı rayonlarında fərdi evlər yerləşmə yerindən asılı olaraq dəyişir. Fərdi yaşayış evləri 50 000 AZN-dən başlayaraq 40 milyon AZN-ə qədər fərdi yaşayış evləri mövcuddur" - deyə, Ramil Qasımzadə bildirib.

Ekspert qeyd edib ki, Bakı ətrafında yeni tikililərdə ucuz evlər daha çox Lökbatan, Sahil kimi qəsəbələr,  Xəzər, Pirallahı kimi rayonlardadır:

"Bu ərazilərdə yeni tikililərdə təmirsiz evlərin kvadratmetri təxminən 1400 AZN-dən, təmirli evlərin kvadratmetri isə təxminən 1600-1700 AZN-dən başlayır. Xətai və Nizami rayonlarının mənzil qiymətləri isə orta seqmentə daxildir. Burada da 2000-2400 AZN aralığında qiymətlər dəyişir".

Ramil Qasımzadə onu da bildirib ki, Abşeron rayonu Masazır qəsəbəsində evlərin bir kvadratmetri 1300 AZN-dən başlayır. Ekspert Masazırda sotu 20 000 AZN olan torpaq sahəsi də olduğunu vurğulayıb:

"Qobu qəsəbəsində torpağın 1 sotu 2000 AZN-dir. Xırdalanda torpağın sotu isə 7000-8000 AZN aralığındadır. Masazırda isə elə yer var ki, orada torpağın sotu 5000 AZN və 20 000 AZN-dir. Məsələn: Əliağa Vahid küçəsində 1 sot torpaq 20 000 AZN təşkil edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 İyul 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri