Bakının mərkəzindəki yeraltı keçidlərdə eskalatorlar niyə işləmir? ŞİKAYƏT
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının mərkəzindəki parkda yeraltı keçidlərdə eskalatorların işləməməsi sakinlərin narazılığına səbəb olub.
Bununla bağlı Oxu.Az-a şikayət ünvanlanıb.
Qeyd edilib ki, Füzuli küçəsində, Mərkəzi Bankla Heydər Əliyev Sarayı arasında olan park ərazisindəki keçidlərdə eskalatorlar uzun müddətdir işləmir.
Bakının mərkəzindəki yeraltı keçidlərdə eskalatorlar niyə işləmir? - ŞİKAYƏT
"Şəhərin mərkəzində ekskalatorların işləməməsi başadüşülən deyil. Bu hissədə yolu keçmək olduqca çətindir, xüsusən də uşaqlar, yaşlılar və fiziki məhdudiyyətli insanlar əziyyət çəkir. İşləməyən eskalatorlarla enib-qalxmaq təhlükəlidir. Buna görə insanlar hərəkətin intensiv olduğu avtomobil yolunu piyadalar üçün nəzərdə tutulmayan hissədən yerüstü keçməyə çalışırlar. Bu isə həyatı ikiqat təhlükəyə atmaq deməkdir" - deyə, məlumatda bildirilir.
Oxu.Az-a açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, şəhər infrastrukturunun təhlükəsiz və rahat istifadəsinin təmin edilməsi məqsədilə yeraltı və yerüstü piyada keçidlərində nasaz vəziyyətdə olan eskalatorların təmiri istiqamətində işlər həyata keçirilir.
"Aparılan texniki baxışlar nəticəsində bir sıra keçidlərdəki eskalatorlarda yaranmış mexaniki nasazlıqlar və istismar müddətini başa vurmuş detallar müəyyən edilib. Bununla əlaqədar, təmir və bərpa işlərinə başlanılıb.
Artıq bir neçə ərazidə eskalatorların təmiri yekunlaşıb, avadanlıqlar tam işlək vəziyyətə gətirilib və vətəndaşların istifadəsinə verilib. Hazırda digər keçidlərdə də mərhələli şəkildə bərpa işləri davam etdirilir.
Bununla yanaşı, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində şəhər üzrə bütün yeraltı və yerüstü piyada keçidlərində quraşdırılmış eskalatorların vəziyyəti ilə bağlı genişmiqyaslı monitorinqlər aparılır. Monitorinqlərin nəticələrinə əsasən, hər bir keçid üzrə texniki vəziyyətin qiymətləndirilməsi, eskalatorların yenilənməsi, müasir standartlara cavab verən avadanlıqlarla əvəzlənməsi, texniki xidmətin keyfiyyətinin artırılması istiqamətində təkliflər hazırlanır", - deyə A.Nəcəfli bildirib.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 12 Yanvar 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















