Icma.az
close
up
RU
Bakının zolaq problemi: Yeni tıxac yaradır?

Bakının zolaq problemi: Yeni tıxac yaradır?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illər paytaxtın küçə və prospektlərində avtobus və velosiped zolaqlarının artırılması şəhər nəqliyyatının səmərəliliyini artırmaq məqsədi daşısa da, bəzi yollarda bu zolaqlar tıxac problemini daha da artırıb.

Vaxtilə belə bir hal Şamaxinkadan Biləcəri istiqamətinə gedən yolda müşahidə olunurdu. Həmin xətt üzrə tətbiq edilən avtobus zolağı nəqliyyatın hərəkətini iflic edirdi, ondan nə ictimai nəqliyyat, nə də digər sürücülər yararlana bilirdi və qısa müddət sonra həmin zolaq ləğv edildi.

Velosiped və avtobus zolaqlarının paralel şəkildə təşkili problemlərə səbəb olur. Amma bu infrastrukturu elə qurmaq lazımdır ki, tıxaca səbəb olmasın. Çünki indiki halda əksər yollar tıxacdan keçilməzdir.

Hazırda velosiped zolaqları səbəbindən yolların daralması və həmin zolaqların istifadəsiz qalması paytaxtda tıxac yükünü artıran əsas amillərdən biri kimi göstərilir.

Bəs bu iki zolağın birləşdirilərək daha geniş və səmərəli istifadəsi mümkündürmü?

Yəni yollar bir az genişlənər, həm avtobus girə bilər, həm də velosiped.Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hər bir təklif maraqlıdır və hazırda Bakıda mobilliyin transformasiyası proqramı həyata keçirilir.

Onu sözlərinə görə, istənilən bir təklifi nə zamansa reallaşdırmaq mümkündür:

“Avtobus və velosiped zolaqlarının çəkilməsi dövlət proqramında təsbit olunub. Məhz 2019-2023-cü illəri əhatə edən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nda qeyd olunub və bunlar icra olunmalıdır. Hazırda biz şəhər mobilliyinin transformasiyasına çalışırıq. Bu nə deməkdir? Bu o deməkdir ki, şəhər mühitində hər kəs üçün hərəkət sərbəst və rahat olmalıdır. Biz bu gün avtobus və velosiped zolaqlarından imtina edə bilmərik, onlar çəkilməlidir.

Avtobus və velosiped zolaqlarının birləşdirilməsi ideyasını qeyd etdiniz. Bu da əslində pis ideya deyil, yaxşı ideyadır. Amma nəzərə almalıyıq ki, bu iki zolağın çəkilməsi ayrı-ayrılıqda nəzərdə tutulub. Ola bilər ki, gələcəkdə bu ideya reallaşdırılsın və velosipedlər avtobus zolağı ilə hərəkət etsin. Amma burada müəyyən riskləri nəzərə almalıyıq.

Avtobus zolağı ilə hərəkət edən velosipedçilərin təhlükəsizliyi təmin ediləcəkmi? Avtobus hərəkəti ləngiyəcəkmi? Çünki bizim indi velosiped zolaqları ilə həm də mikromobillik vasitələri hərəkət edə bilirlər. Velosiped zolaqlarında elektron skuterlər və s. bütün bunlar nəzərə alınmalıdır”.

O qeyd edib ki, burada əsas məqsəd ortaq məxrəci tapmaqdır:

“Sizin qeyd etdiyiniz yeni avtobus zolağı ilə bağlı məsələ ola bilər ki, fərdi nəqliyyat vasitələrindən istifadə edən sürücülər bu zolaqlardan narazı qalsın. Bu, normaldır. Çünki minik avtomobili sürən şəxslər adətən bununla bağlı öz narazılığını bildirirlər.

Amma avtobus ilə hərəkət edən vətəndaşlar razılığını bildirir. Çünki onlar üçün bir nöqtədən digərinə daha tez, təhlükəsiz və keyfiyyətli şəkildə çatmaq daha önəmlidir. Burada əsas məqsəd ortaq məxrəc tapmaqdır. Ortaq məxrəc isə şəhər mühitində hərəkətin hər kəs üçün sərbəst olmasıdır”.

Nəqliyyat eksperti əlavə edib ki, biz özümüz də bir cəmiyyət olaraq mobilliyin transformasiyası proqramı çərçivəsində müəyyən dəyişiklik etməkdən çəkinməməliyik:

“Əgər hər hansı layihə uğursuz alınarsa və effektiv olmazsa, onu yeni layihə ilə əvəzləmək mümkündür. Çünki biz onsuz da gələcəyə hesablanmış addımlar atırıq. İndi avtobus zolaqları ilə bağlı müəyyən məsələlər ortaya çıxır. Gələcəkdə tramvay xətlərimiz də olacaq. Bəs onda necə olacaq? Düşünürəm ki, avtobus zolaqları mədəniyyəti bir subkulturologiya kimi yaranması əslində yaxşıdır. Çünki gələcəkdə yenidən tramvayların bərpası ilə belə problemlər yaşamayaq”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: zolaq tıxac Eldəniz Cəfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Noyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see378

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see348

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see329

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see248

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see241

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see233

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see218

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see181

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see168

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see165

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see160

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see159

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see159

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see158

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see156

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see155

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see154

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see154

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see148

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri