“BakuBus” avtobuslarında hər gün təmizlik işləri görülür
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sərnişinlərin sağlamlıq və təhlükəsizliyinin təmin olunması “BakuBus” MMC-nin xidmət siyasətində əsas strateji istiqamətlərdən biridir. Bu məqsədlə, istismarda olan bütün avtobuslarda gündəlik əsasda genişmiqyaslı sanitar-profilaktik tədbirlər həyata keçirilir.
“Qafqazinfo” xəbər verir ki, marşrut üzrə hərəkətini başa vurmuş avtobuslar depoya qaytarıldıqdan sonra mütəmadi olaraq xüsusi yuyucu və dezinfeksiyaedici vasitələrdən istifadə edilməklə kompleks təmizləmə prosesindən keçir.
Bu proses zamanı sərnişinlərin tez-tez təmasda olduğu oturacaqlar, tutacaqlar, döşəmələr və digər səthlər peşəkar heyət tərəfindən gigiyenik şəkildə təmizlənir.
Təmizlənmə və texniki baxışdan keçdikdən sonra avtobuslar növbəti günün reyslərinə tam hazır vəziyyətdə buraxılır.Bu proses “BakuBus” tərəfindən müəyyən olunmuş daxili keyfiyyət və təhlükəsizlik standartlarına uyğun şəkildə icra olunur.
Qeyd edək ki, yüksək gigiyenik standartların qorunması ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsi və sərnişin məmnunluğunun təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 09 İyul 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















