Icma.az
close
up
RU
Balakəndə “Akademik Yaqub Mahmudovun elmi fəaliyyətində Şimal Qərbi Azərbaycan tarixi məsələləri” mövzusunda konfrans keçirilib

Balakəndə “Akademik Yaqub Mahmudovun elmi fəaliyyətində Şimal Qərbi Azərbaycan tarixi məsələləri” mövzusunda konfrans keçirilib

Icma.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.

Balakəndə “Akademik Yaqub Mahmudovun elmi fəaliyyətində Şimal-Qərbi Azərbaycan tarixi məsələləri” mövzusunda konfrans keçirilib

Mayın 6-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Balakən Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzi və AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Akademik Yaqub Mahmudovun elmi fəaliyyətində Şimal-Qərbi Azərbaycan tarixi məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Balakən Rayon Mədəniyyət Mərkəzinin foyesində akademik Yaqub Mahmudovun əsərlərindən və AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun nəşr etdiyi, tariximizin müxtəlif dövrlərini əhatə edən kitablardan ibarət sərgi ilə tanış olublar.

Konfransın əvvəlində Yaqub Mahmudova həsr olunan sənədli filmdən kadrlar nümayiş etdirilib.

Konfransı Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev açaraq, görkəmli alimin Azərbaycan elminə verdiyi töhfələrdən bəhs edib.

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü çıxışında qeyd edib ki, Yaqub Mahmudov Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair 1000-dən çox elmi əsərin müəllifidir. Akademikin rəhbərliyi və həmmüəllifliyi ilə “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər əsərlər işıq üzü görüb.

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru Kərim Şükürov Yaqub Mahmudovun Azərbaycan tarixinin tədqiqi, öyrənilməsi və ölkəmizdə yüksəkixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm xidmətlər göstərdiyini bildirib.

Konfransda Yaqub Mahmudovun yetirmələrinin “Azərbaycan Albaniya dövlətinin qərb sərhədləri”, “Azərbaycana qarşı ərazi iddialarında ingiloy problemi”, “Şimal-Qərbi Azərbaycanda çarizmin müstəmləkəçilik rejiminə qarşı müqavimət hərəkatı”, “Çarizmin Şimal-Qərbi Azərbaycanda zorakı xristianlaşdırma siyasəti” və digər mövzularda məruzələri dinlənilib, müzakirələr aparılıb.

Akademik Yaqub Mahmudov elmi fəaliyyətinə verilən dəyərə görə konfransın təşkilatçılarına təşəkkürünü bildirib, gənc nəsli tariximizi sevməyə, öyrənməyə və təbliğ etməyə səsləyib.

Konfransın sonunda ədəbi-bədii kompozisiya nümayiş olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 07 May 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see433

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see144

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see144

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see142

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see138

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see132

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see132

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see131

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see131

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see130

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see129

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see129

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see127

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see122

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see121

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see121

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see121

Meyxanaçı Xəyyamın anası vəfat etdi

23 Sentyabr 2025 11:34see119

AIIF 2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb

23 Sentyabr 2025 18:09see118

Beynəlxalq Bankın keçmiş rəhbəri Elmar Məmmədov dindirildi

23 Sentyabr 2025 04:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri