Icma.az
close
up
RU
Ballıcaya qayıdan sakin: Elə bilirdik, bu günləri görməyə ömrümüz yetməyəcək

Ballıcaya qayıdan sakin: Elə bilirdik, bu günləri görməyə ömrümüz yetməyəcək

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ümidimizi itirməsək də, içimizdə bir inamsızlıq var idi, elə bilirdik ki, bu günləri görməyə bizim də ömrümüz yetməyəcək".

Bunu Oxu.Az-a açıqlamasında bu gün Xocalı rayonunun Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Zəfər Məmmədov deyib.

O qeyd edib ki, köç edən sakinlərdən biri olmaq onun üçün qürurvericidir:

"Çox şükür ki, şad-xürrəm öz torpağıma qayıdıram ailəmlə. Bu köç tək bizi sevindirmir, həm bütün məcburi köçkünləri, həm də bütün Azərbaycan xalqını sevindirir.

Bizim yarımçıq qalan hisslərimiz çoxdur. Nə uşaqlıq yaşadıq, nə gənclik, nə də ahıllıq. Yaşlılarımız vətən, Qarabağ deyə-deyə dünyadan köçdülər. Biz də uşaq vaxtı çıxdığımız torpağımıza ailə başçısı kimi, özümüz yaşında uşaqlarla qayıdırıq. Amma yenə də sevincliyik ki, vətənimizə qayıdırıq.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"

Xatırladaq ki, bu gün növbəti köç karvanı Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Ballıca kəndlərinə yola salınır. Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə 39 ailə - 169 nəfər, Xocalı rayonunun Ballıca kəndinə isə 15 ailə - 68 nəfər köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Rövşən Əsədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Aprel 2025 07:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri