Icma.az
close
up
RU
Balqabaq şirəsinin nadir müalicəvi xüsusiyyətləri VİDEO

Balqabaq şirəsinin nadir müalicəvi xüsusiyyətləri VİDEO

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Balqabaq şirəsi unikal müalicəvi məhsuldur. Onun tərkibində A, B, E, K vitaminləri, müxtəlif minerallar və s. faydalı maddələr var.

Balqabağın bişirilməsi zamanı bu maddələrin bir çox hissəsi dağılır, şirədə isə onlar saxlanılır.

Saglamolun.az bildirir ki, balqabaq şirəsi pektinlərlə zəngindir. Pektinlər orqanizmi ziyanlı maddələrdən təmizləyir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

Balqabaq şirəsi ürək-damar sistemi xəstəlikləri olan insanlar üçün çox faydalıdır.

Bu şirə kişi sağlamlığına da çox müsbət təsir edir. Prostat vəzi xəstəlikləri olan kişilərə həkimlər hər gün, gündə 1 stəkan olmaqla bu şirəni qəbul etmək tövsiyə edirlər. Mülicə kursu - 2-3 həftə.

Balqabaq şirəsi orqanizmə cavanlaşdırıcı təsir edir, orqanizmin tonusunu artırır.

Qara ciyər xəstəliklləri zamanı da şirə müalicəvi və profilaktik məhsul kimi istifadə oluna bilər. Balqabaq və onun şirəsi qara ciyərin ən xoşladığı məhsullarından biridir.

Balqabaq şirəsi qədimdə sidik ifrazı sisteminin iltihabları zamanı müalicəvi vasitə kimi istifadə olunurdu.

Balqabaq şirəsi öd kisəsinə və öd yollarına müsbət təsir edir, durğunluğu azaldır.

Artıq çəkidən əziyyət çəkən insanlar da bu şirədən faydalana bilərlər. Balqabaq şirəsi azkalorili məhsuldur, mübadilə prosesləri yaxşılaşdırır, artıq mayeni orqanizmdən xaric edir.

A vitamini və karotinlə zəngin olan balqabaq şirəsini uşaqların qidalanmasına daxil etmək lazımdır. A vitamini uşağın boyatma və inkişaf proseslərində böyük rol oynayır.

Soyuq fəsillərdə balqabaq şirəsi soyuqdəymə xəstəlikləri zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün 1/2 stəkan təzə balqabaq şirəsinə 1 çay qaşığı bal əlavə edib gün ərzində 2 dəfə qəbul etmək lazımdır. Bu qarışıq insanın immun sistemini gücləndirir ki, orqanizm daha fəal şəkildə viruslarla mübarizə aparır.

Xəstəliklərin profilaktikası üçün və orqanizmi möhkəmləndirmək məqsədi ilə balqabaq şirəsini hər səhər acqarına yeməkdən 20-30 dəqiqə əvvəl qəbul etmək lazımdır.

Balqabaq şirəsi bağırsaqları yaxşı "işlədir". Bu səbəbdən qəbizlikdən əziyyət çəkən insanlar bu şirəni tez-tez qəbul etməlidir.

Balqabaq şirəsini hazırladıqdan dərhal sonra qəbul etmək lazımdır. Balqabaq şirəsini təzə alma, kök şirələri ilə qarışdırmaq olar.

Bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı, ishala meyillik olduqda bu şirə insana ziyan vura bilər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 00:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri