BAMF in prezidenti: Qlobal Cənub QHT Platformasının Azərbaycanda yaradılması tarixi hadisədir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 29 aprel, AZƏRTAC
Qlobal Cənub QHT Platformasının yaradılması və bu münasibətlə təşkil olunmuş beynəlxalq konfransın məhz Azərbaycanda keçirilməsi olduqca əlamətdar, tarixi hadisədir. Bu platforma çərçivəsində bir neçə xarici və yerli QHT arasında əməkdaşlıq memorandumları imzalanıb. Bu, vətəndaş cəmiyyəti üçün yeni imkanlar açır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev söyləyib.
Umud Mirzəyev bildirib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə ərəb platforması arasında da ilk dəfə olaraq memorandum imzalanıb. Bu, gələcəkdə ərəb ölkələri ilə əlaqələrin inkişafına təkan verəcək.
“Əvvəllər belə beynəlxalq platformalarda əsasən inkişaf etmiş ölkələrin təşkilatları təmsil olunurdu. Bu dəfə isə inkişaf etməkdə olan ölkələr də təmsil olunur. Bu, daha balanslı əməkdaşlığa imkan yaradır”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, tədbirdə 116 ölkədən nümayəndələrin iştirak etməsi gələcək əməkdaşlıqlar üçün geniş imkanlar açır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 29 Aprel 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















