“Bank ABC” ilə sindikativ kreditləşmə ilə bağlı perspektivlər müzakirə olunub
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktorları Fuad İsayev, Tərlan Rəsulov və Elrad Seydiyev “Bank ABC”nin (Arab Banking Corporation) ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüblər.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində maliyyə sektorunda əsas strateji hədəflər və qarşıdakı dövr üzrə təşəbbüslər, Azərbaycan bankları ilə müxbir münasibətlərin qurulması perspektivləri və banklararası əməliyyatların inkişafını dəstəkləyəcək layihələr, eləcə də kapital bazarlarının inkişafı istiqamətində nəzərdə tutulan tədbirlər müzakirə olunub.
Görüşdə, həmçinin sindikativ kreditləşmə ilə bağlı perspektivlər və bu istiqamətdə həyata keçirilən təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 17 Noyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















