Icma.az
close
up
RU
“PAŞA Bank” sindikativ kredit bazarının inkişafına dəstək verən forum keçirib

“PAŞA Bank” sindikativ kredit bazarının inkişafına dəstək verən forum keçirib

Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 18 noyabr 2025-ci il tarixində “II İllik Sindikativ Kreditlər Forumu”nu keçirib.

Tədbirdə yerli sindikativ kredit bazarının inkişaf istiqamətləri, xarici bankların təcrübəsi və bu prosesdə rolu, lokal bazarda beynəlxalq maliyyə institutlarının iştirak perspektivləri, bazarda mövcud çağırışlar və yeni imkanlar, eləcə də bazarın inkişafı üçün praktiki həllər və yol xəritəsi müzakirə olunub.

Forumda çıxış edən “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, tədbir sindikativ kredit bazarının inkişafı üçün vacib müzakirə platformasıdır və burada aparılan fikir mübadiləsi bazarın gələcək istiqamətinə töhfə verir. O vurğulayıb ki, sindikativ kreditlərin inkişafı zəruridir və məqsəd bu aləti müştərilərin güvənəcəyi davamlı və effektiv maliyyələşmə vasitəsinə çevirməkdir. Süleymanov həmçinin qeyd edib ki, Azərbaycanın qeyri-neft sektorunun genişlənməsi və iqtisadiyyatda yeni layihələr bazarın potensialını artırır, aparıcı reytinq agentliklərinin ölkənin investisiya dərəcəsini yüksəltməsi isə xarici sindikativ kreditləri daha da cəlbedici edir.
Qeyd edək ki, tədbirdə 100-ə yaxın yerli və beynəlxalq bank və maliyyə institutlarının nümayəndələri, korporativ sektor və hüquqi xidmət sahələrinin ekspertləri iştirak edib. İştirakçılar interaktiv sessiyalar vasitəsilə suallarına cavab tapmaq və beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar.

“PAŞA Bank” son illər alternativ maliyyələşmə imkanlarının artırılması istiqamətində fəal təşəbbüslər həyata keçirir. Bank tərəfindən 2024-cü ildə “Azərbaycanda sindikat kreditləşmə” və “Azərbaycanda alternativ investisiyalar” mövzusunda keçirilən tədbirlər də bu ekosistemin formalaşmasına töhfə verib.

2025-ci ildə Bank real sektor və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “International Investor” və “Euromoney” beynəlxalq nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” seçilib, həmçinin “Stevie Awards”-da “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub və “Global Finance” nəşri tərəfindən təqdim olunan “World’s Best Private Banks 2025” mükafatının qaliblərindən biridir. Bank müştəriyönümlü yanaşması, rəqəmsallaşmaya əsaslanan inkişaf strategiyası və innovativ həlləri ilə seçilir və gələcəkdə də bu kimi təşəbbüsləri davam etdirmək niyyətindədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://marja.az
archiveBu xəbər 20 Noyabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri