Icma.az
close
up
RU
Bank hesabları məcburi şəkildə VÖEN ə bağlanacaq

Bank hesabları məcburi şəkildə VÖEN ə bağlanacaq

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Rusiya Mərkəzi Bankı, qanunsuz pul köçürmə zəncirlərinə qarşı mübarizəni gücləndirmək məqsədilə 2027-ci ildən etibarən bütün bank hesablarının VÖEN-ə (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) bağlanmasını məcburi edəcək. Yeni tətbiq yalnız yeni açılacaq hesabları deyil, mövcud hesabları da əhatə edəcək.

"Cebheinfo.az" xəbər verir ki, tənzimləmənin detalları ilə bağlı açıqlama verən Mərkəzi Bank sədrinin müavini Olqa Polyakova bildirib ki, VÖEN müştərinin tanınmasında əsas identifikasiya nömrəsi olacaq və “Antidrop” adlı yeni sistem də bu məlumat üzərində qurulacaq.

"Vedomosti" qəzetinin xəbərinə görə, qeyri-qanuni fəaliyyətlər çərçivəsində bank kartları tez-tez üçüncü şəxslər tərəfindən şübhəli transferlərdə istifadə olunur. 

Mütəxəssislər hesab edirlər ki, hesabların VÖEN ilə əlaqələndirilməsi şəxsiyyətin müəyyənləşdirilməsini asanlaşdıracaq və xüsusilə müxtəlif banklarda təkrarlanan riskli əməliyyatlar aparan şəxslərin aşkarlanmasında səhv ehtimalını azaldacaq.

"GMT Legal" hüquq şirkətinin qurucusu Andrey Tuqarin bildirir ki, problem bankların məlumat çatışmazlığından deyil, istifadəçilərin çox zaman fərqində olmadan riskli əməliyyatlara qarışmasından qaynaqlanır.

O, xüsusilə kriptovalyuta satışında “çirkli vəsait axını”na məruz qalan şəxslərin alqoritmlər tərəfindən asanlıqla şübhəli kimi tanına biləcəyini vurğulayır.

İnformasiya təhlükəsizliyi üzrə ekspert Fedor Muzalevskiy isə VÖEN-in unikal və dəyişməz nömrə olması səbəbilə bu sahədə ən uyğun identifikator olduğunu qeyd edir.

Eyni soyadı daşıyan, telefon nömrəsini dəyişən və ya müxtəlif banklarda hesab açan şəxslərin “dropper” zəncirlərində izini sürmək VÖEN vasitəsilə daha dəqiq olacaq.

Banklar yeni sistemə məcburi şəkildə qoşulacaq və köhnə hesablar üzrə tələb olunan məlumatlar vergi idarəsi vasitəsilə tamamlanacaq. Mərkəzi Bank isə risklərin qiymətləndirilməsinin maliyyə qurumlarının özləri tərəfindən aparılacağını bildirərək, yanlış bloklamaların qarşısının alınmasının əsas məqsəd olduğunu qeyd edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Dekabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri