Icma.az
close
up
RU
Bank olmayan kredit təşkilatları vətəndaşları niyə müflis edir? EKSPERT ŞƏRHİ

Bank olmayan kredit təşkilatları vətəndaşları niyə müflis edir? EKSPERT ŞƏRHİ

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Bank olmayan kredit təşkilatlarının vətəndaşlara yüksək faizlə kreditlər verməsi, insanların çarəsizliyindən istifadə etməsi və nəticədə onları müflis vəziyyətə salması halları getdikcə geniş vüsət alır.

Gununsesi.info -ya daxi olan belə şikayətlərdən biri də Manato.az BOKT (bank olmayan kredit təşkilatı) ilə bağlıdır.

Vətəndaş bildirir ki, bu qurum ona əvvəlcə güzəşt etməyib, borc məbləğini süni şəkildə artıraraq gecikmələrə yol açıb və indi isə “güzəşt” adı ilə təklif irəli sürür. Şikayətçi sosial şəbəkələrdə məsələyə diqqət çəkərək hüquqi yardım istəyir:

“Şikayətim Manato.az BOKTdandır. Daha doğrusu, bu şikayətimi hara və necə edəcəyimi bilmirəm, bilən şəxslərdən kömək istəyirəm. Mən bu təşkilatdan kredit vəsaiti götürmüşdüm, borcum 220 manat idi. Krediti götürən zaman işləyirdim, amma sonradan problemlərimə görə işləyə bilmədim. Onlar dəfələrlə zəng etdilər ki, borcu ödəyin. Mən də dedim ki, hazırda işləmirəm, xahiş etdim ki, aylıq ödəmə üçün şərtlər müəyyənləşdirilsin. Razı olmadılar. İndi isə 147 günlük gecikməyə görə borcum 385 manata çatıb. Dünən zəng vurub deyirlər ki, gəlin borcu aylara bölək. Bu nə qədər ədalətlidir axı? Əvvəldən razılaşsaydılar bu qədər faiz gəlməzdi. İndi mən nə edə bilərəm, hara şikayət edim?”

Gununsesi.info -ya danışan hüquqşünas Əkrəm Həsənov məsələni belə şərh edib:

“Təəssüf ki, məsələ həlli tapılmayan bir məsəədir. Bank olmayan kredit təşkilatları qanunvericiliyə əsasən istənilən faizlə kredit verə bilər. Vətəndaş isə müqaviləyə qol çəkərkən bunu bilir və razılaşır. Yəni, əgər razılaşıb imzalayıbsa, sabah həmin faizi də ödəməlidir. Belə qanunvericilik mövcuddur.

Bəzi ölkələrdə kredit faizlərinə məhdudiyyət qoyulur və hətta məhkəmələrə ixtiyar verilir ki, yüksək faizi azaltsınlar. Azərbaycanda isə belə hal yoxdur. Burada bazar iqtisadiyyatı prinsipləri tətbiq edilir: tərəflər ödəmək şərti ilə razılaşırlar.

Bir şəxs niyə bank olmayan kredit təşkilatından kredit götürür? Çünki o, bankdan kredit ala bilmir – ya kredit tarixçəsi yaxşı deyil, ya da rəsmi gəliri azdır. Bank faizləri daha aşağıdır, ona görə də oradan kredit almaq daha sərfəlidir. Bankdan kredit ala bilmədiyinə görə isə bu şəxs bank olmayan kredit təşkilatına müraciət edir. Bu təşkilat da həmin müştərini riskli sayaraq yüksək faiz təklif edir.

Faiz dərəcəsi məhz kredit riskinin göstəricisidir. Müştəri nə qədər risklidirsə, faiz də bir o qədər yüksək olur. Bankla bank olmayan kredit təşkilatı arasında fərq yoxdur – hər iki tərəf öz gələcək xərclərini nəzərə alır. Azərbaycanda isə ümumiyyətlə faizlər yüksəkdir, tək kredit faizləri yox, həmçinin əmanət faizləri də.

Bu da ölkədə risk səviyyəsinin yüksək olduğunu göstərir. Buna görə də bu vəziyyətdə vətəndaşın şikayət edə biləcəyi çox məhdud imkanlar var. Əgər bank və ya bank olmayan kredit təşkilatı düzgün hesablama aparmırsa, bu, məhkəmədə sübut edilə bilər. Amma imzalanmış müqavilə əsasında, vətəndaş sabah deyə bilməz ki, razı deyil, faiz çoxdur. Buna görə də, ən yaxşısı kredit götürməməyə çalışmaqdır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 İyul 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri