Icma.az
close
up
RU
Banklar hansı halda vətəndaşdan kreditin tam faizini tələb edə bilər?

Banklar hansı halda vətəndaşdan kreditin tam faizini tələb edə bilər?

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

"Normalda kreditin əsas hissəsilə faiz hissəsi proporsional şəkildə qəbul edilməlidir".

Bunu Qaynarinfo-ya Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli vətəndaşların götürdükləri krediti vaxtından əvvəl bağladıqları halda belə, bankların onlardan tam faiz tələb etməsini şərh edərkən deyib:

"Banklar ilk növbədə kreditin faiz hissəsini müştəridən alır, sonradan əsas hissənin ödənilməsinə başlayır. Amma normalda, dünya təcrübəsində kreditin əsas hissəsilə faiz hissəsi proporsional şəkildə qəbul edilməlidir. Bunun əksinin edilməsi isə bankların özbaşınalığıdır".

Ekspert belə vəziyyətə son qoymaq üçün qanunvericiliyə dəyişiklik edilməsini vacib hesab edir:


"Bu özbaşınalığı aradan qaldırmaq üçün isə Mərkəzi Bank xüsusi monitorinqlər keçirməlidir. Başlıcası isə kredit verilməsinə dair qanunvericiliyə dəyişiklik olunmalıdır. Ora kreditin istifadə edilməmiş hissəsinə görə zaman baxımından faiz almağı qadağan edən maddə salınmalıdır".

Maliyyə, bank eksperti Əkrəm Həsənov isə bildirir ki, mövcud vəziyyətlə üzləşən vətəndaş bankı məhkəməyə verə, Mərkəzi Banka şikayət edə bilər:


"Qanunvericiliyə əsasən faizlər kreditin istifadə müddətində ödənilir. Vaxtından əvvəl qaytarıldıqda isə ödənilmir. Banklar bunu qanunsuz olaraq tələb edirsə, vətəndaş bankı məhkəməyə verə bilər. Problemin həllinin daha tez yolu isə Mərkəzi Banka şikayət etməkdir". 

Qeyd edək ki, Azərbaycanda vətəndaşlar götürdükləri krediti vaxtından əvvəl bağladıqları halda belə, banklar tərəfindən onlardan tam faiz tələb olunur. Halbuki dünyanın müxtəlif ölkələrində erkən ödəniş zamanı faiz tutulmur. 

Avropa ölkələrində, məsələn Fransada, vaxtından əvvəl ödəniş edilirsə, yalnız həmin aylar üzrə faizlər hesablanır, maksimum 1-2 faiz əlavə vəsait tutulur. ABŞ-da müştəri vaxtından əvvəl ödədikdə əsas borcu və erkən ödəniş cəriməsini ödəyir. Bu cərimə təqribən 3-4 faiz təşkil edir. Rusiyada, Gürcüstanda və Türkiyədə də yalnız həmin ayadək hesablanan faizlər ödənilir, qalanları silinir”.

Rüfət Sultan


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Sentyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri