Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman arasında telefon danışığı baş tutub.
Bu barədə APA-ya XİN-dən məlumat verilib.
Nazir Ceyhun Bayramov Xəlilur Rəhmanı BMT Baş Assambleyasının 81-ci sessiyasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Onun bu nüfuzlu vəzifəyə seçilməsinin Banqladeşin beynəlxalq aləmdə artan rolunun göstəricisi olduğu vurğulanıb.
Telefon danışığı zamanı Azərbaycan ilə Banqladeş arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialı qeyd ediblər.
Nazirlər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Bu çərçivədə, BMT, Qoşulmama Hərəkatı, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Telefon danışığı zamanı nazirlər həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyində duran məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Baxış sayı:107
Bu xəbər 18 İyun 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















