Icma.az
close
up
RU
Baramaçılıqla bağlı VACİB MƏQAMLAR: Necə edək ki, həm kümçülər, həm də iş adamları qazansın? KONKRET

Baramaçılıqla bağlı VACİB MƏQAMLAR: Necə edək ki, həm kümçülər, həm də iş adamları qazansın? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“Azərbaycanda baramaçılıq sahəsi üzrə dövlət proqramı həyata keçirilsə də, bu istiqamətdə gözlənilən inkişaf müşahidə olunmur”.

Bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib:

Akif Nəsirli

“Proqramın ilk dövrlərində irəliləyiş olsa da, sonradan yenidən geriləmə müşahidə edilib”.

Onun sözlərinə görə, 2023-cü ildə ölkədə 300 tondan çox yaş barama istehsal olunmuşdusa, 2024-cü ildə bu rəqəm 240 tona düşüb. Bu il isə göstərici daha da azalıb, cəmi 186 ton yaş barama təhvil verilib.

Ekspert istehsalın azalmasının əsas səbəbini barama istehsalına marağın zəifləməsi ilə izah edir:

“Baramaçılıqla məşğul olan şirkətlərin sayı azdır. Onlar həm barama qutularını kümçülərə paylayır, həm baramanı toplayır, həm də onu əyirib ixrac edirlər. Şirkətlərin sayının azlığı inhisarçılığa səbəb olub və onlar baramanı elə ucuz qiymətə alırlar ki, maya dəyərini belə ödəmir. Kümçülər qazanc əldə etmədiyinə görə bu sahəyə maraqları ilbəil azalır”.

Akif Nəsirli hesab edir ki, kümçülərə birbaşa dövlət dəstəyi verilməli, bazarda rəqabət yaradılmalıdır:

“Hökumət alternativ barama təhvili məntəqələri aça və qiymətləri tənzimləyə bilər. Belə olduqda bazarda inhisarçılıq aradan qalxar, qiymətlər normallaşar və bu sahəyə maraq artar”.

Ekspert qeyd edib ki, dünya bazarında təbii ipəyə tələbat böyükdür, lakin hazırkı sistemdə yalnız baramanın ticarəti ilə məşğul olan şirkətlər mənfəət götürür:

“Sistemi elə qurmaq lazımdır ki, həm biznes sahibləri, həm də kümçülər qazanc əldə edə bilsin. O zaman ipəkçilik və baramaçılıq inkişaf edər”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 İyul 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri