“Barselona” 2029 cu il Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
İspaniyanın “Barselona” klubu 2029-cu ildə keçiriləcək UEFA Çempionlar Liqasının final matçına ev sahibliyi etmək üçün rəsmi müraciət edib.
Moderator.az xəbər verir ki, Kataloniya təmsilçisi Barselona şəhər meriyası, Kataloniya hökuməti və İspaniya Kral Futbol Federasiyasının (RFEF) dəstəyi ilə UEFA-ya namizədlik sənədlərini təqdim edib.
Klubun açıqlamasına görə, müraciət paketinə UEFA-nın tələb etdiyi bütün texniki, hüquqi və təşkilati sənədlər daxil edilib. Həmçinin yenilənmiş “Kamp Nou” stadionunun və Barselona şəhərinin turnirin həlledici oyununu qəbul etmək imkanlarını təsdiqləyən zəmanətlər də təqdim olunub.
Bununla da namizədlik prosesi rəsmən başa çatıb. UEFA yaxın aylarda müraciətləri qiymətləndirəcək və 2029-cu il Çempionlar Liqasının finalına ev sahibliyi edəcək şəhəri müəyyənləşdirəcək.
Qeyd edək ki, “Barselona” sonuncu dəfə 2015-ci ildə Çempionlar Liqasının qalibi olub.
(teleqraf)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 11 İyun 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















