Icma.az
close
up
RU
Bartolin vəzinin iltihabı Qadın xəstəliyi

Bartolin vəzinin iltihabı Qadın xəstəliyi

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Bartolin vəzi – uşaqlıq yolunun girəcək hissəsinin hər iki yan tərəfində, böyük cinsiyyət dodaqlarının kiçik dodaqlara keçdiyi sahədə yerləşən böyük vəzlərdir. Onlarin ölçüsü 1sm-ə qədər olur və uşaqlıq yolunu nəm saxlamaq üçün sekret ifraz edir. Bu vəzin iltihabı bartolinit adlanır və bu xəstəliyə tez-tez rast gəlinir.

Etiologiya

Bu xəstəliyin yaranmasının əsas səbəb qonokokklar, stafilokokklar, az hallarda streptakoklar, bağırsaq çöpləri, trixomonoz və uşaqlıq yolunun infeksiyalaşmış ifrazatıdır.

Bartolin vəzinin iltihabı nə zaman baş verə bilər?

Orqanizmdə infeksiyon aqentin olması (sidik-cinsiyyət sistemində, xroniki tonzillit, stomatit, sinusit və s.) İmmun sistemin zəifləməsi Gigiyenaya düzgün əməl etməmək Epilyasiya Sıx, dar sintetik alt paltarlarının geyinilməsi Klinik forma Kəskin bartolinit – bu zaman bartolin vəzi iltihablaşır, ancaq vəzi axacağı bağlanmır. Bartolin vəzin absesi – bu zaman vəzin axacağı bağlanır və vəzdə abses yaranır.

Bartolin vəzinin iltihabının əlamətləri

Bartolinit zamanı bartolin vəzi ətrafında toxuma qızarır, hiperemiyalaşır, ödemləşir və palpasiya zamanı ağrılı olur. Bu zaman vəzin axacağı ödemdən tutulur və vəzin sekreti qatılaşır, bunun nəticəsində də iltihab vəzin toxumasına keçir və bartolinit yaranır.

Böyük cinsiyyət dodağının ətrafında, zamanla böyüyən şişəbənzər ağrılı törəmənin yaranması

Cinsiyyət dodaqlarının asimmetriyası.

Gəziş zamanı, cinsi əlaqə zamanı və əllədikdə ağrının olması.

Ümumi intoksikasiya əlamətləri (temperaturun yuksəlməsi, titrətmə, zəiflik)

Bəzən absesin özbaşına deşilməsi nəticəsində irinli-qanlı ifrazat

Diaqnostika

Diaqnostikası çətinlik törətmir, xəstənin yerişindən belə diaqnoz qoyula bilər. Ginekoloji müayinə zamanı obyektiv olaraq təyin edilir, palpasiya zamanı ağrılı olur, bartolin vəzin kistasında isə ağrı olmur.

Uretradan, uşaqlıq yolundan və uşaqlıq boynundan yaxma

Cinsi yolla keçən infeksiyaların yoxlanması

Vəzin ifrazının bakterioloji əkilməsi

Törədicinin antibiotik həssaslığının yoxlanması

Bartolin vəzinin iltihabının müalicəsi

Müalicəsi xəstəliyin inkişaf mərhələsindən asılıdır.İki yolla mümkündür.

1) Konservativ müalicə

Əsas qrup preparatlar antibiotiklər və iltihabəleyhinə preparatlardır. Yerli müalicə, ödem əleyhinə preparatlar, vitaminoterapiya, immunmodulyatorlar da istifadə olunur.

2) Cərrahi müalicə

Kista və ya abses formalaşdıqda cərrahi yolla müalicə olunur. Bartolin vəzin həqiqi absesi zamanı abses yarılır, irin xaric edilir, boşluq antiseptik məhlullarla yuyulur və drenə olunur (marsupializasiya olunur). Təkrar yaranma riskini azaltmaq üçün antibiotik təyin olunur. Bartolin vəzin kistası zamanı kista ilə birlikdə vəzi çıxarılır. Marsupializasiya əməliyyatı zamanı bartolin absesi açıldıqdan sonra təkrar bağlanmaması və drenajın davamlı olması üçün kist divarı dəri ilə tikilir. Beləliklə həm vəzin drenajı davam edər, həm də yenidən kistin forlaşmasının qarşısını alır.

Karbon dioksidlə lazer müalicəsi zamanı lazer təsiri ilə abses və ya kista açılır, divarının bir hissəsi istinin təsirindən məhv olur və vəzin axacağının bağlanması mümkün olmur.

ginekoloqaz

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri