Icma.az
close
up
RU
Baş prokuror yanında ElmiMəsləhət Şurasının iclasında hüquq ictimaiyyəti üçün aktual olan məsələlər müzakirə edilib AZƏRTAC

Baş prokuror yanında ElmiMəsləhət Şurasının iclasında hüquq ictimaiyyəti üçün aktual olan məsələlər müzakirə edilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 11 dekabr, AZƏRTAC

Müxtəlif dövlət qurumlarının təcrübəli əməkdaşlarının, tanınmış hüquqşünasların, o cümlədən aparıcı ali təhsil və hüquq üzrə ixtisaslaşmış müəssisələrin professor-müəllim heyətinin, hakim və vəkillərin, habelə qeyri-hökumət təşkilatların nümayəndələrinin iştirakı ilə aktual mövzulara həsr olunan Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş prokuror Kamran Əliyev diqqətə çatdırıb ki, mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin apardığı xarici siyasətin, dövlətimizin tərəqqi yolu ilə inkişaf etməsinin, qabaqcıl ölkələr sırasında layiqli yer tutmasının məntiqli nəticəsidir.

Vurğulanıb ki, dünyanın ən aktual bəşəri problemlərinin müzakirə edildiyi mühüm beynəlxalq platforma olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) məhz Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox əhəmiyyətli olub. İclasda Şura üzvlərinə noyabrın 15-də Azərbaycan Prokurorluğunun təşkilatçılığı ilə COP29 çərçivəsində 200-dən artıq xarici və yerliqonaqların iştirakı ilə “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda keçirilmiş yüksək səviyyəli sessiyanın mahiyyəti barədə geniş məlumat verilib. Həmçinin iclasda dünya prokurorlarının yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının 110 yurisdiksiyadan və beynəlxalq təşkilatlardan 470-dən artıq xarici prokurorların qatıldığı İllik Konfransının və digər tədbirlərinin sentyabrın 28-dən oktyabrın 2-dək paytaxtımızda keçirildiyi, həmin tədbirlərdə dünya ictimaiyyəti üçün önəmli məsələlərin müzakirəyə çıxarılması ətrafında söhbət aparılıb. Elmi-Məsləhət Şurasının iclası çərçivəsində prokurorluq orqanlarında kriminalistikanın nailiyyətlərindən istifadənin səmərəliliyinin artırılması müzakirəyə çıxarılaraq, hüquq mühafizə orqanlarının fəaliyyəti üçün kriminalistik biliklərinin vacibliyi, ali və ixtisaslaşmış təhsil müəssisələrində Kriminalistika fənninin tədrisinin təkmilləşdirilməsi, bu sahədə tədris planlarına rəqəmsal kriminalistika, penitensiar psixologiya, kriminoloji genetika kimi yeni fənn proqramlarının əlavə olunması, eləcə də, kibercinayətlərin müəyyən edilməsi və açılmasında kriminalistikanın rolu vurğulanıb.

Daha sonra Baş Prokurorluğun “Kriminalistika fənninin tədrisi və kriminalistik biliklərin tətbiqi vəziyyəti”, “Azərbaycan Prokurorluğunun qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində fəaliyyəti”, “Prokurorluq orqanlarının peşə hazırlığı, elmi-tədqiqat və metodiki iş sahəsində beynəlxalq əməkdaşlıq təcrübəsi: 2020 – 2024” adlı vəsaitlərinin tədbir iştirakçıları üçün təqdimatları keçirilib.

Baş Prokurorluq gənc hüquqşünasların ixtisaslı kadr kimi formalaşmasına xüsusi diqqət yetirdiyi üçün ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edilir. Prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünün qeyd edilməsi ərəfəsində 10 ali təhsil və hüquq üzrə ixtisaslaşmış müəssisələrinin 200-dən artıq tələbə və kursantlarının, eləcə də müəllim heyətinin nümayəndələrinin iştirakı ilə maraqlı və rəqabət şəraitində keçirilmiş ekoloji hüquqpozmalarla mübarizə mövzusunda interaktiv yarışın qaliblərinə Şuranın iclasında kuboklar və sertifikatlar təqdim edilib.

Sonda Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclasında qaldırılan məsələlərə dair ətraflı müzakirələr aparılıb, Şura üzvlərinin rəy və təklifləri dinlənilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri