Baş Prokurorluq İmişlidə 2 şagirdin ölümünə səbəb olan qəza ilə bağlı MƏLUMAT YAYDI
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Yanvarın 18-də, saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Hadisə nəticəsində 2 nəfər ölmüş, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət alıb.
Faktla bağı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:Baş Prokurorluq İmişlidəki kütləvi zəhərlənmə ilə bağlı MƏLUMAT YAYDI
24 Sentyabr 2025 23:43
FHN və Baş Prokurorluq birgə MƏLUMAT YAYDI
03 Dekabr 2024 10:30
Baş Prokurorluq və DİN həmin qətllə bağlı məlumat YAYDI
05 Yanvar 2026 10:55
Baş Prokurorluq bəzi saytlarda yayılan xəbərlə bağlı MƏLUMAT YAYDI
06 May 2026 22:16
Prokurorluq rüşvət alan ekspertlə bağlı MƏLUMAT YAYDI
07 Noyabr 2025 15:40
Baxış sayı:199
Bu xəbər 18 Yanvar 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















