Icma.az
close
up
RU
Baş Prokurorluqda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib FOTO

Baş Prokurorluqda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib FOTO

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İyulun 18-də Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda media nümayəndələri ilə görüş keçirilib.

Milli.Az xəbər verir ki, tədbirdə Baş Prokurorluğun idarə və şöbə rəisləri, digər prokurorluq əməkdaşları, eləcə də onlayn və çap mediasının, televiziya və radio kanallarının nümayəndələri iştirak ediblər.

Görüşün açılışında qonaqlar salamlanaraq, tədbirin əsas məqsədi - prokurorluq orqanları ilə media arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi və gələcək hədəflərin müəyyən olunması kimi qeyd edilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev çıxış edərək, prokurorluq orqanları ilə media arasında düzgün, şəffaf və davamlı informasiya mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, mövcud əməkdaşlıq təcrübəsini qiymətləndirərək bu istiqamətdə qarşıda duran hədəfləri iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov çıxış edərək, dövlət strukturlarında ictimai iştirakçılığın genişləndirilməsində və ictimai nəzarətin gücləndirilməsində medianın mühüm rolunu qeyd edib.

Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova "Konstitusiya və Suverenlik İli" çərçivəsində həyata keçirilən islahatlar, hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib. O, ictimai şüurun formalaşması və hüquqi maarifləndirmə prosesində medianın mühüm rolunu xüsusi vurğulayıb, bu sahədə qarşılıqlı əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.

Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi Talıb Cəfərov isə çıxışında rəqəmsal dövrdə informasiya təhlükəsizliyi, kibercinayətkarlıqla mübarizə və bu istiqamətdə medianın rolu barədə danışıb. O, bu sahədə maarifləndirmə və ictimaiyyətin düzgün məlumatlandırılmasının vacibliyini önə çəkib.

Tədbirdə media nümayəndələri - Milli.az xəbər portalının baş redaktoru Asif Mehman, Report İnformasiya Agentliyinin müxbiri Səlcuq Elçin  və İctimai Televiziya və Radio Yayımları Şirkətinin müxbiri Valeh Dadaşov çıxış edərək, prokurorluq-media münasibətləri barədə öz fikirlərini bölüşüb, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün müxtəlif təkliflər irəli sürüblər.

Görüş çərçivəsində mətbuatın hüquqi maarifləndirmə, ictimai rəyin formalaşdırılması və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi baxımından cəmiyyətdəki rolu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda "Xalqın adamı" adlı sənədli film nümayiş etdirilib, ümummilli lider Heydər Əliyevin konstitusiya quruculuğundakı rolu və müasir suveren dövlətçiliyin formalaşmasındakı xidmətləri bir daha xatırlanıb. 

Sonda xatirə fotoşəkili çəkilib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 İyul 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri