Alman siyasətçi Danimarkaya Qrenlandiyanı 1 trilyon dollara satmağı tövsiyə etdi
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Danimarka Qrenlandiyanı ABŞ-yə 1 trilyon dollara satmalıdır.
Moderator.az xəbər verir ki, bunu Bavariyanın keçmiş Regional İnkişaf və Ətraf Mühit naziri Peter Gauveiler "Bild"ə müsahibəsində bildirib.
"Trampın təklifini qəbul edin, əziz danimarkalılar, 1 trilyon dollar istəyin", - deyə o bildirib.
Keçmiş nazirin sözlərinə görə, adanın satışı Danimarka və onun vətəndaşları üçün tarixi bir rifah sıçrayışı ola bilər və sövdələşmədən əldə edilən gəlir ölkəni Avropanın ən varlısı edə bilər.
O həmçinin qeyd edib ki, coğrafi baxımdan Qrenlandiya Şimali Amerika qitəsinin bir hissəsidir və Avropadan daha çox Şimali Amerikaya yaxındır. Qoveyler vurğulayıb ki, ada ABŞ təhlükəsizlik sistemində əsas rol oynayır.
"Bu gün Danimarka sabah heç bir kompensasiya olmadan imtina etməli ola biləcəyi bir şey üçün külli miqdarda pul ala bilər", - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 21 Yanvar 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















