Icma.az
close
up
RU
“Başqa oyunçu tapa bilməyəndə bu futbolçuları komandaya qaytarmaq daha asan olur” Qurban Qurbanov

“Başqa oyunçu tapa bilməyəndə bu futbolçuları komandaya qaytarmaq daha asan olur” Qurban Qurbanov

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ" ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Səbail"in meydanından qalib ayrıldı - 1:0.
"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Futbolçularımı təbrik edirəm. İstəkliydilər. Çox yaxşı komandaya qalib gəldik. Rəqib ikinci hissədə əvəzetmələr sayəsində matçın sürətini daha da artırdı. "Səbail" meydanda həm topla, həm də topsuz çox düzgün davranır. Bu gün topa sahib olmaq bizim üçün asan deyildi. Həm süni örtük amili, həm də hava şəraiti buna mane olurdu. İlk oyunumuzu keçirdik. Ola bilər ki, cavab oyunu daha gərgin keçsin. Havanın soyuq olmasına baxmayaraq, həm bizim, həm də rəqibin azarkeşləri sona qədər komandaları dəstəklədi. Hər birinə təşəkkür edirəm.
- Kadi Borgesin transferi məcburiyyətdən atılan addımdı, yoxsa başqa seçim imkanınız var idi?
- Sadəcə, əlimizə düşən şansdan istifadə etdik. Son gün ərzində danışıqlar aparıldı. Bundan əvvəl Romaoya təklif gəlmişdi. Onun danışıq prosesi əsnasında bu variant irəli sürüldü və razılaşdıq. Kadi komandamız üçün vacib futbolçudu. Onun "Qarabağ"da olması hamı üçün xoşdu. Kadini sevirlər.
- Kadinin gəlişinə daha çox sevinirsiz, yoxsa Romaonun gedişinə daha çox üzülürsüz?
- İllərlə bir yerdə çalışdığımız, uğurlar qazandığımız, gərgin günlər keçirdiyimiz hər futbolçunun ayrılığına üzülürəm. İnsan ətrafına, dostlarına, iş yoldaşlarına uyğunlaşanda ayrılıq asan olmur. İstərdim ki, Romao da komandada qalsın. Amma son vaxtlar onunla bağlı xeyli təkliflər və danışıqlar olmuşdu. Belədə futbolçunu saxlamaqda çətinlik çəkirsən. Hər halda, sonda “yox” deyə bilmədik. Bəlkə də Kadi variantı olmasaydı, Romaonu buraxmayacaqdıq. Təbii ki, Kadinin gəlişinə sevinir, Romaonun gedişinə üzülürəm.
- Başqa futbolçuların da transfer edilməsi nəzərdə tutulub, yoxsa Kadi ilə kifayətlənəcəksiz?
- Yay üçün planlar var. Qışda isə transfer etmək çətindi. Kadinin transferi də son günlərdə alındı. Düzü, onun komandaya gəlişi düşünmədiyimiz transfer oldu. Bu variant birdən-birə ortaya çıxdı. Ola bilər ki, qarşıdakı müddətdə yenə hansısa variantlar üzə çıxsın. Transferlər etməyi düşünürük.
- Kadi "Qarabağ"dan ayrılana qədər hücumun sağ cinahında oynayırdı. İndi həmin mövqe üçün Kaşuk da var. Bəlkə bu barədə danışmaq tezdi. Yenə də kim ehtiyata düşəcək? Və ya futbolçuların mövqelərini dəyişməyi düşünürsüzmü?
- Kadi müxtəlif mövqelərdə oynaya bilən futbolçudu. Hazırlıq prosesini başa vurandan sonra hansı qabiliyyətlərinin yaxşı səviyyədə olduğuna baxıb qərar verəcəyik. Təki komandamda sağlam futbolçular olsun, biz isə kimi ehtiyatda saxlamağı, kimi hansı mövqedə oynatmağı düşünək. Özünüz görürsüz ki, daim həm zədəli, həm də yorğun futbolçularımız olur. Keyfiyyətli oyunçuların çoxluğu bizim üçün çox vacibdi.
- Mediada və sosial şəbəkələrdə eyni futbolçuların xidmətinə dəfələrlə müraciət etdiyinizə görə qınanırsız. Yəqin ki, bundan xəbərdarsız. Bu tendensiya nədən irəli gəlir? Həmin futbolçulara inamınızdan, yoxsa nədən?
- Qınanılmağımla bağlı şərh vermək istəmirəm. Hər insan fikir bildirməkdə azaddı. Gedənlərin qayıtmasına gəlincə, indiyə qədər yolları ayırdığımız oyunçuların 80, bəlkə də 90 faizinin getməsini istəməmişəm. Nə Kadinin, nə Romaonun, nə Juninyonun, həmçinin başqalarının... Sadəcə, bəzən transferlə bağlı danışıqlar elə həddə çatır ki, futbolçunun nə komandaya, nə mənə, nə də özünə faydası olur. Buna görə bəzən belə addımlar atırıq, oyunçuların qarşısını kəsmirik. Təbii ki, ən yaxşı təklifi dəyərləndirməyə çalışırıq. Qayıtmaları da inamımızla bağlıdı. Onsuz da biz həmin futbolçulara güvənirik. Bu üzdən başqa oyunçu tapa bilməyəndə bu futbolçuları komandaya qaytarmaq daha asan olur. Onları yenidən öz kollektivimizə uyğunlaşdırırıq. Bəlkə də dünya təcrübəsinə belə hallara az rast gəlinir. Lakin bizim kimi kiçik futbol ölkələrində bəzən bu yola əl atmağa məcbur oluruq.
- İcraiyyə Komitəsinin iclaslarında darıxmırsız ki?
- Yox, niyə ki?! Çox fəal müzakirələr aparılır.
- İcraiyyə Komitəsinin sonuncu iclasında növbəti mövsümdən premyer-liqadakı komandaların sayı artırıldı. Sizcə, bu qərar premyer-liqaya hansı yenilikləri gətirəcək?
- Bu onsuz da yenilikdi. Daha iki klubun premyer-liqada olması müsbət haldı. Yeni komandaların təmsil etdiyi bölgələrdə futbola həvəs, sevgi daha da artacaq. Bəlkə yeni, bacarıqlı, keyfiyyətli futbolçular üzə çıxacaq. Yeni kadrlar kəşf olunacaq. Sponsorlar olacaq. Həmçinin oyunçuların sayı artacaq. Keyfiyyət barədə dəqiq nəsə deyə bilmərəm. Amma gələcək üçün faydalı addımdı. Daha çox komandanın olmamasındansa olması yaxşıdı.
- Mövsümün sonunda premyer-liqanı sonuncu pillədə bitirən komandanın 1-ci liqaya düşməsi, 1-ci liqadan isə ilk "üçlük"dəki kollektivlərin premyer-liqaya yüksəlməsi daha ədalətli qərar deyilmi?
- 1-ci liqadan premyer-liqaya birdən-birə üç komandanın gəlişinin nə ilə nəticələnəcəyini bilmirəm. Onsuz da illər ərzində premyer-liqadan hansısa komanda 1-ci liqaya düşməyib.
- 12 komandanın 4 dövrədə oynaması 44 matç deməkdi. Çox deyilmi?
- İclasda oyunların 4 dövrə ərzində keçirilməsi müzakirə olunmadı. Bir neçə variant var. Minimum 33-35 tur olacaq.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Fevral 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri