Icma.az
close
up
RU
“Bavariya”dan derbidə əzmkar qələbə

“Bavariya”dan derbidə əzmkar qələbə

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Turun açılış oyunu Bavariya derbisinə təsadüf etdi.

"Football-plus.az" xəbər verir ki, XXI əsrdə bundesliqada “Bavariya”dan ən çox xal qoparan klublardan olan “Auqsburq” budəfəki oyuna da iddialı çıxmışdı. Çünki komanda yanvarın ortalarından bəri heç kimə uduzmamışdı və son 7 turda cəmi 1 top buraxmışdı!
Bütün bunlar azmış kimi, meydan sahibləri yarım saatın tamamında hesabı açdı. Amma “Bavariya” qalan vaxtda 3 qol vuraraq əbəs yerə çempionluğa əsas namizəd sayılmadığını göstərdi. “Auqsburq”un bundesliqada 11 oyunluq məğlubiyyətsiz seriyası başa çatdı. Bərabərlik qolunu vuran Musiala münhenlilərin heyətində bundesliqada 45-ci dəfə fərqləndi. “Bavariya”nın tarixində 23 yaşı tamam olmadan bundesliqada 45-dən çox qolu yalnız iki əfsanə - Herd Müller (79) və Uli Höness (59) vurub. Amma Musialanın 2-ci hissənin əvvəllərində zədələnərək ən azı 7-8 həftəliyə sıradan çıxması komanda üçün heç də yaxşı xəbər olmadı.
“Bavariya”dan başqa bu tur səfərdə yalnız Dortmund “Borussiya”sı ilə “Ştutqart” qələbəyə sevindi. Özü də bu komandalar rəqib meydanında hərəyə 4 top vurdular. Ardıcıl 2-ci qələbəni bayram edən “arılar” “ÇL zonası” ilə xal fərqini 5-ə endirdi. Fanatlarına sanki iztirab yaşadaraq qalib gəlməyi xoşlayan “Bayer-04” yenə ənənəsinə sadiq qaldı. Son çempion “Haydenhaym”la səfər oyununda xal itirməyə çox yaxın idi. Amma yeni transfer argentinalı Buendianın matçın son anlarına təsadüf edən bundesliqadakı debüt qolu tam yerinə düşdü. Xabi Alonsonun komandası bu çətin qələbə sayəsində zirvədə xal fərqinin artmasına imkan vermədi. “ÇL zonası”nda qərarlaşan “Ayntraxt” və “Maynts-05” üçün tur uğursuz alındı. Frankfurt təmsilçisi Bremendən xalsız qayıtdısa, “karnavalçılar” evdə autsayder “Holştayn”la bacara bilmədilər. İlk qolu buraxan tərəf olmasına rəğmən, evdə “Hoffenhaym”ı məğlub edən “Leyptsq” Jolt Lövün başçılığı altında ilk qələbəsini qazandı. Münhenqladbax “Borussiya”nın 2 oyunluq qələbə seriyası “Sankt Pauli” ilə görüşdə qırıldısa, “Volfsburq”u minimal hesabla yenən “Union”un son 4 turda hesabına 12 mümkün xaldan 10-nu yazması diqqəti çəkir.
28-ci tur
Auqsburq – Bavariya 1:3
Yannulis, 30 – Musiala, 42. Keyn, 60. Matsima, 90+3-öz qapısına. (30660)
Bavariya: Urbiq, Laymer, Dayer, Kim Min Ce, Stanişiç, Kimmix, Palyinya, Olise, (Qnabri, 67), Musiala (Müller, 54), Sane (Gerreyro, 90+4), Keyn (Vidoviç, 90+4).
Haydenhaym – Bayеr-04 0:1
Buendia, 90+1. (15000)
Bayer-04: Qradetski, Frimponq, Ta, Andrix (Hofmann, 85), İnkapye, Qrimaldo, Qarsiya, Caka, Tella (Şik, 68), Bonifeys (Artur, 68), Adli (Buendia, 76).
Frayburq – Borussiya D 1:4
M.Eqqeştayn, 88 – Adeyemi, 34. Çukvuemeka, 51. Girassi, 68. Gittens, 78. (34700)
Borussiya: Kobel, Ryuyerson, Anton, Əmrə Can, Bensebayni (Salih Özcan, 61), Svensson (Kabar, 80), Qross, Çukvuemeka (Nmeça, 70), Brandt, Adeyemi (Gittens, 70), Bayer (Girassi, 61).
Leyptsiq – Hoffеnhaym 3:1
Şeşko, 24. Baku, 43. Poulsen, 84 – Bişof, 11. (44478)
Leyptsiq: Qulaçi, Nedelkoviç (Klostermann, 73), Orban, Lukeba, Raum, Vermeeren (Baumqartner, 46), Zayvald (Aydara, 73), Baku (Qomis, 46), Simons, Şeşko, Openda (Poulsen, 81).
Verder – Ayntraxt F 2:0
Berk, 28. Şmid, 84. (42100)
Ayntraxt: Santos, Kollins (Kristensen, 63), Kox, Teate, Braun, Skiri, Tuta (Batşuayi, 46), Götse (Matanoviç, 82), Larsson (Çaibi, 70), Bahoya (Höylunn, 70), Ekitike.
Maynts-05 – Holştayn 1:1
Vayper, 75 – Bernardsson, 34. (32500)
Sankt Pauli – Borussiya M 1:1
Afolayan, 85 – İtakura, 45+2. (29546)
Bohum – Ştutqart 0:4
Şabo, 8. Demiroviç, 11; 48; 85. (26000)
Union – Volfsburq 1:0
Hollerbax, 63. (22012)
1. Bavariya 28 21 5 2 81-27 68
2. Bayer-04 28 18 8 2 63-34 62
3. Ayntraxt F 28 14 6 8 55-42 48
4. Maynts-05 28 13 7 8 46-32 46
5. Leyptsiq 28 12 9 7 44-35 45
6. Borussiya M 28 13 5 10 45-41 44
7. Frayburq 28 12 6 10 38-44 42
8. Borussiya D 28 12 5 11 52-43 41
9. Ştutqart 28 11 7 10 51-44 40
10. Verder 28 11 6 11 45-53 39
11. Auqsburq 28 10 9 9 31-39 39
12. Volfsburq 28 10 8 10 49-42 38
13. Union 28 9 6 13 26-40 33
14. Hoffenhyaym 28 6 9 13 34-52 27
15. Sankt Pauli 28 7 5 16 23-34 26
16. Haydenhaym 28 6 4 18 32-53 22
17. Bohum 28 5 5 18 28-59 20
18. Holştayn 28 4 6 18 39-68 18
Bombardirlər: Keyn (Bavariya) – 23, Şik (Bayer-04) – 17, Girassi (Borussiya D), Marmuş (Ayntraxt F), Burkardt (Maynts-05), Klayndinst (Borussiya M) – 15.
Növbəti turun oyunları aprelin 11-13-ü aralığında keçiriləcək: Bayеr-04 – Union, Bavariya – Borussiya D, Borussiya M – Frayburq, Bohum – Auqsburq, Ayntraxt F – Haydenhaym, Hoffеnhaym – Maynts-05, Holştayn – Sankt Pauli, Ştutqart – Verder, Volfsburq – Leyptsiq.
Turun rəqəmi
284 – son həftələrdə bundesliqada qapıçılarla bağlı maraqlı faktlar qeydə alınır. “Frayburq”lu Noa Atubolu 610, “Auqsburq”lu Finn Damen 684 dəqiqə qol buraxmamaqla diqqəti çəkmişdisə, indi də Münhenqladbax “Borussiya”nın ikinci qapıçısı Tyaqo Pereyra Kardoso diqqət mərkəzinə düşüb. Lüksemburq yığmasının üzvü bundesliqada 24-cü turda “Haydenhaym”la səfər oyununda (3:0) debüt etdi. Daha sonra 26-cı turun 72-ci dəqiqəsində meydana çıxan 19 yaşlı qapıçı həm bu oyunda, həm də ötən tur “Leyptsiq”lə qarşılaşmada qol buraxmadı. Bu həftə isə o, yalnız 85-ci dəqiqədə qapısında qol gördü. Bundesliqada keçirdiyi ilk 284 dəqiqə ərzində qol buraxmamaq turnirin tarixinin ən yaxşı 4-cü göstəricisidi! Yalnız Timo Horn (381), Dirk Krüssenberq (311) və Heribert Maxerey (296) bu göstəricidə Kardosodan üstündü.
Turun ulduzu
Ermedin Demiroviç (Ştutqart) – bosniyalı forvard het-trik etməklə tura damğa vurdu. 2020-ci ildən karyerasını Almaniyada davam etdirən və daha öncə “Frayburq” ilə “Auqsburq”un da şərəfini qoruyan 27 yaşlı futbolçu 152-ci bundesliqa oyununda ilk dəfə het-trik etdi. Bu mövsüm bundesliqada qol sayını 13-ə çatdıran Demiroviç daha 3 dəfə fərqlənəcəyi təqdirdə şəxsi rekordunu yeniləyəcək. O, ötən mövsüm “Auqsburq”da 15 dəfə fərqlənmişdi. Demiroviç bu 13 qoldan 9-nu səfərdə vurub. Maraq üçün bildirək ki, hazırda 23 qolla bombardirlər yarışına başçılıq edən Keyn bunlardan yalnız 8-ni səfərdə vurub.
Turun sitatı
Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:

“Emosiyalarla zəngin daha bir oyunu geridə qoyduq. Matç son ana qədər hər kəsi gərginlikdə saxladı. Kubokdakı məğlubiyyətdən sonra bu gün qalib gəlmək bizim üçün həyati əhəmiyyət daşıyırdı. Elə anlar olur ki, qələbəni necə qazanmağın artıq heç bir önəmi qalmır. Elə bu gün də bizim üçün ən önəmlisi 3 xal qazanmaq idi. Onu hansı yolla əldə etdiyimizi isə soruşmayın”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Aprel 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see370

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see307

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see303

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see274

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see268

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see234

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see213

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see178

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see176

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see175

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see172

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see164

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see162

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see159

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see159

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see158

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see154

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see154

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see154

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri