Icma.az
close
up
RU
Bayden Ərdoğan və Trampı düşmənə çevirir: İki NATO ölkəsinin toqquşma təhlükəsi artır

Bayden Ərdoğan və Trampı düşmənə çevirir: İki NATO ölkəsinin toqquşma təhlükəsi artır

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bayden administrasiyası Ağ Evi təhvil vermək ərəfəsində bir tərəfdən, Suriyada daxili hərbi-siyasi böhranı daha da dərinləşdirərək, yeni savaş təhlükəsi yaradır... Digər tərəfdənsə, təxribat ssenarilərini işə salmaqla, NATO üzrə Türkiyə-ABŞ müttəfiqliyinin pozulmasına, iki ölkənin fərqli qlobal rəqabət düşərgələrində yer almasına zəmin hazırlayır...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Suriya böhranı həlledici mərhələyə keçid etmək üzrədir. Belə ki, bu ölkənin əsas problemi olan Əsəd rejimi artıq mövcud deyil. Rusiya və İranın Suriyada təsir mexanizmləri böyük ölçüdə sıradan çıxarılıb. Buna paralel olaraq, Türkiyənin fəal dəstəyi ilə Suriyada keçid hökuməti yaradılıb. Və dünya ölkələri həmin keçid hökuməti ilə qarşılıqlı münasibətlərin qurulması prosesinə başlayıb.

Bütün bunlar onu göstərir ki, Suriyanın yenidən normal inkişaf mərhələsinə keçid etmək şansı mövcuddur. Ancaq sadalanan pozitiv faktorlara neqativ amillərin də paralellik təşkil etməsi Suriyanın normal inkişaf şanslarına bir qədər tərəddüdlü yanaşma məcburiyyəti də yaradır. Və xüsusilə də, Qərb siyasi dairələrinin son davranışları Suriya böhranının fundamental həllini olduqca ciddi risklər altında buraxır.

Məsələ ondadır ki, Avropa Birliyi ölkələri bir-birinin ardınca Suriyanın yenidən qurulması ilə bağlı prosesdən geopolitik və geoiqtisadi pay qopartmaq uğrunda yarışa qoşulmuş kimi görünürlər. Xüsusilə də, bu ölkəyə öz xarici işlər nazirlərini elan edilmədən göndərən Almaniya və Fransanın mümkün hədəfləri narahatlıq doğurmaya bilməz. Yeni enerji resursları qaynaqlarına böyük ehtiyac duyan Avropa Birliyi ölkələri, xüsusilə də, Almaniya və Fransa yaranmış geopolitik boşluqdan yararlanmaq niyyətini qətiyyən gizlətmir.

342-1700557095.jpg (53 KB) 

Suriyanın enerji resursları ilə zəngin ölkə olması Avropa Birliyi üçün olduqca cəlbedicidir. Bu ölkənin neft və təbii qaz ehtiyatları, istismarçı Avropa Birliyi ölkələrinin sərhədsiz iştahını daha da qabardır. Ona görə də, hazırda böyük humanitar fəlakətlə üz-üzə qalmış Suriyaya heç bir dəstək göstərməmiş Avropa ölkələri indi enerji resurslarının ardınca "geopolitik axın" etdikləri bu ölkəyə yerləşmə mexanizmləri axtarışına başlayıblar. Və əsas rəqib statusunda gördükləri, Suriyanın yenidən qurulması prosesində real addımlar atmağa başlamış Türkiyəni də hədəfə çıxartmağa çalışırlar.

Belə anlaşılır ki, Suriya üçün təhlükə hələ tam sovuşmayıb. İmperialist Qərb siyasi dairələri Suriyanın təbii sərvətlərini talamaq şanslarını sınaqdan çıxartmaqda israrlı davranır. Belə situasiyada Qərb siyasi dairələrinin Suriyanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən PKK/YPG terror təşkilatını indi daha inadkarlıqla dəstəkləməsi də qətiyyən gözlənilməz deyil. Çünki Suriyanın enerji resursları qaynaqları əsasən, məhz PKK/YPG terror təşkilatının işğal altında saxladığı ərazilərdə yerləşir. Və bu baxımdan, Qərb siyasi dairələrinin PKK/YPG üzərindən məkrli planlar qurduğu qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, ABŞ və Qərb uzun illər boyunca Suriyanı parçalamağa, bu ölkənin ərazisində PKK/YPG üzərindən bir terror dövləti qurmağa cəhd göstəriblər. Əsas məqsəd bir tərəfdən Suriyanın zəngin enerji resursları qaynaqlarını bu terror dövləti vasitəsilə talamaq olub. Digər tərəfdən isə PKK/YPG vasitəsilə qalması planlaşdırılan terror dövlətindən Türkiyəni təhdid etmək niyyəti güdülüb. Rəsmi Ankaranın qətiyyətli mövqeyi Qərbin bu məkrli planlarının baş tutmasını əngəlləyib. Və indi Türkiyənin Suriyanın yenidən qurulması prosesində əsas geopolitik iradə mərkəzinə çevrilməsi Qərbin "PKK/YPG terror dövləti layihəsi"ni iflasa yaxınlaşdırıb.

Maraqlıdır ki, ABŞ və Qərb Suriyada Əsəd rejiminin devrilməsi, yeni keçid hökumətinin qurulması şəraitində belə, "terror dövləti layihəsi"ndən vaz keçməyi düşünmür. Əksinə, PKK/YPG terror təşkilatını Suriyadakı strateji müttəfiqi elan edən ABŞ bu "layihə"nin reallaşdırılması üçün təxribat xarakterli addımlar atmağa başlayıb. Belə ki, Bayden adminstrasiyası gedərayaq PKK/YPG terror təşkilatını qorumaq üçün Suriya ərazisində yeni hərbi bazanın yaradılmasına start verib. Və bu, həm Türkiyəyə, həm də səlahiyyətlərinin icrasına başlamaq ərəfəsində olan Tramp administrasiyasına qarşı təxribatçı davranışdır.

Xatırladaq ki, Ağ Evin yeni sahibi Donald Tramp hələ ötən prezidentliyi dövründə ABŞ hərbi bazalarının Suriyadan çıxarılmasına qərar vermişdi. Ancaq həmin dövrdə Ağ Evin yeni sahibi bu qərarını icra etməyə imkan tapmamışdı. Prezident Donald Tramp bu barədə son açıqlamasında isə ABŞ hərbi bazalarının kimlərəsə görə Suriyada qala bilməyəcəyini vurğulayıb. Və bundan narahat olan Bayden administrasiyası dərhal Suriyada yeni hərbi baza yaratmaq qərarı verib.

Təbii ki, Bayden administrasiyasının bu təxribatçı addımında əsas məqsəd Ağ Evin yeni sahibinin ABŞ hərbi bazalarının Suriyadan çıxartmaq niyyətinə əngəl törətməkdir. Çünki yeni hərbi bazaların yaradılması prezident Donald Trampın ABŞ qoşunlarını Suriyadan çıxartmaq planları qarşısında daha qəliz situasiya yaratmış olacaq. Və bu baxımdan, Bayden adminstrasiyasının çox məkrli ssenarilər üzrə hərəkət etdiyi qətiyyən şübhə doğurmur.

deec0c8fcddf1f774ae0f1fdaa1a8ed2.jpg (194 KB) 

Digər tərəfdən, beynəlxalq terrorizmin əsas dəstəkçisi rolunda çıxış edən Bayden adminstrasiyası həm də Ağ Evin yeni sahibi Donald Trampın Türkiyə ilə normal münasibətlər qurmasını da əngəlləmək niyyəti güdür. Çünki rəsmi Ankara PKK/YPG terror təşkilatını Türkiyənin milli təhlükəsizlik maraqlarına təhdid hesab etdiyindən Bayden adminstrasiyası yeni ABŞ hərbi bazasının iki ölkə arasında ziddiyyətləri daha da dərinləşdirəcəyini bilməmiş deyil. Və bu səbəbdən də, məqsədli şəkildə Türkiyəni qıcıqlandıracaq təxribatçı addımlar atır.

Bütün bunları nəzərə aldıqda, son hadisələrdən sonra Suriyada maraqların toqquşması ucbatından ABŞ-Türkiyə münasibətlərin ciddi şəkildə gərginləşə biləcəyi qətiyyən istisna deyil. Hər iki ölkə NATO üzrə müttəfiq olsa da, Suriyada fərqli strateji prioritetlər mövcuddur. Yəni, Türkiyənin təhlükəsizlik narahatlıqları var, ABŞ-ın isə Suriyada terrorçuları dəstəkləyir. Və bu baxımdan, iki ölkə arasında münasibətlərin daha da mürəkkəbləşəcəyi qətiyyən şübhə doğurmur.

Göründüyü kimi, Bayden administrasiyası Ağ Evi təhvil vermək ərəfəsində bir tərəfdən Suriyada daxili hərbi-siyasi böhranı dərinləşdirir. Digər tərəfdən isə ABŞ-ın yeni prezidenti Donald Trampla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında qarşıdurma üçün zəmin hazırlayır. Və bu, Suriyada həm yeni daxili savaşın başlamasına, həm də NATO üzrə Türkiyə-ABŞ müttəfiqliyinin pozulmasına, iki ölkənin fərqli qlobal rəqabət düşərgələrində yer almasına səbəb ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Yanvar 2025 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri