Bayram günlərində banklar fəaliyyət göstərəcək
Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
Zəfər və Dövlət Bayrağı günləri ilə əlaqədar qeyri-iş günləri olan noyabrın 8–13-də bankların, “Azərpoçt” MMC-nin bir sıra filial və şöbələrinin, eləcə də valyuta mübadilə məntəqələrinin fəaliyyət göstərəcəyi bildirilib.
Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, qeyri-iş günlərində vətəndaşların və ölkəmizi ziyarət edən qonaqların valyuta mübadiləsi xidmətlərinə çıxışını təmin etmək məqsədilə 19 bankın 180 xidmət nöqtəsi (5 bankın 12 xidmət nöqtəsi 24 saat rejimində), “Azərpoçt” MMC-nin 68 şöbəsi və valyuta mübadilə məntəqələri xidmət göstərəcək.
Həmçinin, noyabrın 11-də başlayacaq COP29 tədbiri və digər əlamətdar günlər zamanı Mərkəzi Bankın 966 Qaynar xətti 09:00-18:00 saatları ərzində fəaliyyətini davam etdirəcək.
Banklar, “Azərpoçt” və valyuta məntəqələrinin iş qrafiki ilə bağlı əlavə məlumat üçün müvafiq keçidlər (Banklar, "Azәrpoçt", MMC Valyuta mübadilə məntəqələri) təqdim olunub. COP29 konfransı ilə bağlı bankların ATM və POS-terminal infrastrukturunun davamlı işləməsi də xüsusi diqqətdə saxlanılacaq.
Bu mövzuda digər xəbərlər:Bayram günlərində banklar fəaliyyət göstərəcək
07 Noyabr 2024 10:36
Bayram günlərində banklar və Azərpoçt fəaliyyət göstərəcək
07 Noyabr 2025 11:52
Bayram günlərində banklar necə fəaliyyət göstərəcək RƏSMİ AÇIQLAMA
07 Noyabr 2024 10:44
Azərbaycanda bayram günlərində banklar və Azərpoçt fəaliyyət göstərəcək
29 Dekabr 2025 11:01
Avtovağzallar bayram günlərində belə fəaliyyət göstərəcək
17 Mart 2025 10:33
Baxış sayı:141
Bu xəbər 07 Noyabr 2024 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















