Mayk Lav vəfat etdi KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
“Surfin’ USA” və “California Girls” kimi klassik mahnıların həmmüəllifi və əsas ifaçısı, səhnədə uzun illər qrupun solisti olmuş “Beach Boys” qrupunun qurucularından Mayk Lav 85 yaşında vəfat edib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Keyti Altman bildirib.
Mayk Lav dünən vəfat edib.
Qeyd edək ki, Mayk Lav 1960-cı illərin əvvəllərində Kaliforniyanın eyni şəhərətrafı ərazisində yaşayan Uilson qardaşları – Brayan, Karl və Dennislə birlikdə “Beach Boys” qrupunun əsasını qoyub. Bir neçə il ərzində ailə dostları Əl Jardinin də onlara qoşulub, Uilsonların qarajında məşq ediblər. Sörfinq, avtomobillər və qızlar haqqında mahnıları ilə beynəlxalq şöhrət qazanan vokal qrup 1963–1966-cı illər arasında iyirmidəlik hit-paradlarda 12-dən çox mahnı ilə təmsil olunub, “I Get Around”, “Help Me, Rhonda” və “Good Vibrations” mahnıları ilə isə hit-paradların zirvəsinə yüksəlib. Qrupun albomlarının dünya üzrə satış tirajı 100 milyon nüsxəni ötüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 29 Noyabr 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















