Icma.az
close
up
RU
Bayram süfrəsində çox yeməyin qarşısını almaq üçün 5 sadə üsul

Bayram süfrəsində çox yeməyin qarşısını almaq üçün 5 sadə üsul

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bayram süfrəsində porsiya nəzarəti əsasən balans üzərində qurulmalıdır. Süfrəyə oturarkən məqsəd bədənin ehtiyacını dinləyərək yeməkdən zövq almaq olmalıdır". 

Adalet.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev deyib.

Onun sözlərinə görə, əvvəlcə boşqabı çox doldurmamaq, az-az götürüb ehtiyac olduqca artırmaq daha sağlam yanaşmadır:

“Beyin toxluq siqnalını təxminən 15–20 dəqiqəyə verdiyi üçün tələsmədən yemək porsiyanın avtomatik olaraq artmasının qarşısını alır və artıq yemədən doymağı asanlaşdırır. Bayram süfrələrində çeşid çox olduğuna görə hər yeməkdən mütləq dadmaq məcburiyyəti yoxdur. Daha çox sevdiyin və bədəni qidalandıran yeməklərə üstünlük vermək, digərlərindən isə sadəcə dadımlıq götürmək kifayətdir. Yağlı, qızardılmış və ağır xörəklərlə boşqabı tam doldurmaq əvəzinə tərəvəz, salat və nisbətən yüngül yeməklərlə balans yaratmaq porsiya nəzarətini xeyli asanlaşdırır. Bu həm mədənin yüklənməsinin qarşısını alır, həm də bayramdan sonra yaranan ağırlıq hissini azaldır”.

Mütəxəssis-ekspert bildirib ki, şirniyyat məsələsində də eyni yanaşma vacibdir:

“Böyük dilimlər yerinə kiçik pay seçmək və bir neçə növdən az miqdarda dadmaq həm psixoloji olaraq “özümü saxladım” hissi yaratmır, həm də ümumi şəkər və kalori qəbulunu nəzarətdə saxlayır. Şirniyyatı ac qarına yox, yeməkdən sonra və ya çayla birlikdə yemək qan şəkərinin daha stabilləşməsinə kömək edir. Maye qəbulu da porsiya nəzarətində gizli rol oynayır. Yeməkdən əvvəl və yemək zamanı kifayət qədər su içmək toxluq hissini artırır, insanın ehtiyacından artıq yeməsinin qarşısını alır. Eyni zamanda, qazlı və şəkərli içkilər iştahanı artıra bildiyi üçün onları məhdud saxlamaq daha məqsədəuyğundur. Ümumilikdə bayram süfrəsində porsiya nəzarəti qadağalarla deyil, diqqətli seçim, yavaş yemək və bədəni dinləməklə mümkün olur. Bu zaman bayram günlərində sağlamlıq qorunur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Mart 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri