Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

BAZAR GÜNÜ SÖHBƏTLƏRİ HAMI DANIŞIR, BƏS KİM DINLƏYİR?

BAZAR GÜNÜ SÖHBƏTLƏRİ HAMI DANIŞIR, BƏS KİM DINLƏYİR?

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əliməmməd Nuriyev

Konstitusiya Araşdırmaları Fondunun prezidenti

("Bilən çox danışmır. Çox danışan çox vaxt çox bilmir"

Lao Tszi)

Bir dəfə qəbuluma bir nəfər gəlmişdi. Əlində köhnəlmiş bir qovluq vardı. İçində illərlə topladığı sənədlər, qərarlar, məktublar... Qovluğu stolun üstünə qoydu. Elə bildim ki, indi sənədləri açacaq. Amma açmadı. Əvvəl danışmağa başladı.

İşindən, üzləşdiyi haqsızlıqlardan, döydüyü qapılardan, aldığı cavablardan danışdı. Arabir susurdu. Sonra elə bil harada qaldığını xatırlayıb söhbətini davam etdirirdi. Mən isə sözünü kəsmədim. Sadəcə dinlədim.

Təxminən iyirmi dəqiqədən sonra qovluğu bağladı, ayağa qalxdı.

- Çox sağ olun, - dedi.

Mən təəccübləndim:

- Mən axı sizə hələ heç bir hüquqi məsləhət verməmişəm...

Gülümsədi:

- Verdiniz. Məni axıra qədər dinlədiniz.

O çıxıb gedəndən sonra uzun müddət yerimdə oturdum. Nədənsə tələsmirdim. Onun dediyi bir cümlə beynimdə dönə-dönə səslənirdi: "Məni axıra qədər dinlədiniz..."

O gün ilk dəfə düşündüm ki, bəzən insanın ən böyük ehtiyacı cavab almaq deyil, anlaşıldığını hiss etməkdir.

Bir neçə gün sonra kitab rəfindən yenə "Dao De Dzin"i götürdüm. Bu kitabı illərdir oxuyuram. Amma qəribədir... Bəzi kitablar dəyişmir, onları oxuyan insan dəyişir. Səhifələri vərəqləyərkən gözüm bir cümlədə dayandı: "Çaylar və dənizlər bütün suları ona görə qəbul edir ki, onlardan aşağıdadırlar".

Uzun illər bu cümləni sadəcə təbiət haqqında yazılmış gözəl bir bənzətmə kimi oxumuşdum. Bu dəfə isə sanki ilk dəfə görürdüm. Bəlkə söhbət çaylardan yox, insandan gedirdi? Bəlkə insan da yalnız daxilində yer olanda başqasını qəbul edə bilir?

Daxilimiz öz fikirlərimiz, hökmlərimiz və hazır cavablarımızla doludursa, başqasının sözünə yer qalmır. Onda biz eşidirik, amma dinləmirik.

Bu yazını hazırlayarkən özümü də müşahidə etməyə başladım. Kimsə danışanda hiss etdim ki, beynim çox vaxt ondan əvvəl cavab hazırlayır. Qarşı tərəf hələ fikrini tamamlamayıb, mən isə artıq daxilimdə razılaşır, etiraz edir, müqayisə aparır, bəzən də cavab hazırlayıram. Sonra öz-özümə gülümsədim. Deməli, mən də həmişə dinləmirmişəm. Bəzən sadəcə danışmaq növbəmi gözləmişəm.

Bir dəfə ata ilə oğulun söhbətinə şahid olmuşdum.

Ata sakit səslə dedi:

- Mən səni başa düşürəm.

Oğul isə tərəddüd etmədən cavab verdi:

- Ata, sən məni dinləmirsən...

Söhbət bununla bitdi. Amma o iki cümlə qəribə şəkildə yaddaşıma həkk olundu. O vaxtdan bəri tez-tez düşünürəm ki, bəzən insanın ən böyük tənhalığı tək qalması deyil, dinlənilməməsidir.

Bizim xalqın yüz illərin sınağından çıxmış bir məsəli var: "Bir söyle, iki dinlə."

Bu məsəli uşaqlıqdan eşitmişik. Uzun illər onu sadəcə danışığın qaydası kimi qəbul etmişdim. İndi isə başqa cür baxıram. Bu məsəl söz deməkdən əvvəl dinləməyi öyrədir. Çünki insan yalnız qarşısındakının sözünü deyil, hissini də qəbul edə biləndə həqiqi söhbət başlayır.

Son illər bunu ictimai həyatda da tez-tez müşahidə edirəm. Müzakirələr də çoxalıb, çıxışlar da, şərhlər də. Amma nədənsə anlaşmaq əvvəlkindən daha çətin görünür. Sanki hamımız danışırıq, amma çox azımız dinləyirik. Daha doğrusu, çox vaxt dinləmək üçün yox, cavab vermək üçün gözləyirik. Ona görə də söhbətlər uzanır, anlaşmalar isə qısalır.

Mən uzun illər yaxşı ünsiyyəti gözəl danışmaq bacarığı hesab etmişdim. İndi buna əvvəlki qədər əmin deyiləm. Yaxşı danışan adam çox ola bilər, yaxşı dinləyən adam isə həmişə az olur. Bəlkə də elə buna görə onları unutmuruq. İnsan çox vaxt ona deyilən sözləri yox, onu necə dinlədiklərini xatırlayır.

Lao Tszi min illər əvvəl az danışmaqdan yazırdı... Mən isə düşünürəm ki, onun əsas söhbəti sözün sayından yox, insanın daxilindən gedirdi. İçərisi öz səsi ilə dolu olan adam başqasının səsini eşidə bilər, amma onu qəbul edə bilməz. Çünki insanın qarşısındakı ən böyük maneə bəzən başqası deyil, elə öz daxilində susmayan səsidir.

İllər əvvəl qəbuluma gələn o adam bəzən yenə yadıma düşür. Hər dəfə də özümə eyni sualı verirəm: Doğrudanmı dinləyirəm? Yoxsa sadəcə danışmaq növbəmi gözləyirəm?

Hər dəfə bu sualın qarşısında bir anlıq dayanmalı oluram. Və düşünürəm ki, bəlkə də yaxşı dinləyici olmaq elə bu dayanmaqdan başlayır.

Bu yazını bitirərkən ilk səhnə yenə gözümün önünə gəlir. Köhnə qovluğunu qucaqlayıb otaqdan çıxan o adam... O mənə nə hüquq dərsi keçdi, nə də fəlsəfə öyrətdi. Sadəcə bir cümlə dedi. Amma həmin cümlə mənim dinləmək haqqında düşüncəmi dəyişdi.

Bəlkə də insanın ən böyük ehtiyacı cavab almaq deyil, həqiqətən dinlənildiyini hiss etməkdir.

Dinləmək qarşı tərəfə qulaq vermək deyil, daxilində ona yer verməkdir!..

(İllüstrasiya: Kaspar Devid Fridrix - "Duman dənizinin üzərində səyyah", 1818)

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Avqust 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see298

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri