Icma.az
close
up
RU
Bazarı bürüyən keyfiyyətsiz yağlar, mənşəyi bilinməyən ətlər və saxta çaylar SENSASİON AÇIQLAMA

Bazarı bürüyən keyfiyyətsiz yağlar, mənşəyi bilinməyən ətlər və saxta çaylar SENSASİON AÇIQLAMA

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Keyfiyyətsiz yağlar, mənşəyi bilinməyən ətlər və saxta çaylar bazarlarda insanların ən çox rastlaşdığı təhlükəli məhsullar sırasındadır. Günümüzdə istehlakçılar üçün ən böyük problemlərdən biri alış-veriş zamanı hansı məhsulun keyfiyyətli, hansının isə sağlamlığa zərərli olduğunu ayırd etməkdir.
Bəs keyfiyyətli məhsulu necə seçək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, ən çox risk yaradan sahələrdən biri yağlardır:
“Onun sözlərinə görə, etiketdə “hidrogenləşdirilmiş yağ”, “trans yağ” və ya “marqarin” ifadəsi varsa, həmin məhsuldan uzaq durmaq lazımdır. Çox ucuz qiymətə satılan bitki yağlarının isə qarışdırılma ehtimalı böyükdür. Ekspert əlavə edib ki, şüşə butulkalarda və günəş işığından qorunan qablaşdırmada satılan yağlar daha etibarlı sayılır”,  - deyə bildirib.  
Çay seçimində də istehlakçı diqqətli olmağı tövsiyə edib. O, deyir ki, çox tünd, parlaq qara rəngli çaylar tez-tez boyaq maddəsi ilə qarışdırılır:
“Ən yaxşısı iri yarpaqlı çaydır. Toz halında olan, xüsusilə paket çaylar çox vaxt aşağı keyfiyyətli olur. Keyfiyyətli çay suda yavaş-yavaş rəng verir. Bir anda parlaq qırmızıya çevrilirsə, deməli boyalıdır”, - deyə o bildirib.
Ət məhsullarında da diqqət vacibdir...
Qida eksperti bildirib ki, təzə ətin rəngi açıq qırmızı və ya açıq çəhrayı olmalıdır. Tünd bənövşəyi, boz və ya parlaq qırmızı rəngdə olan ətlər isə şübhəlidir:
“Ətin qoxusu təbii olmalı, turş və xoşagəlməz qoxu verməməlidir. Barmaqla basıldıqda iz qalırsa və geri qayıtmırsa, bu, köhnə və ya dəfələrlə dondurulmuş ət deməkdir. Ən vacib məsələ isə baytarlıq möhürü və sertifikatın olmasıdır. Mənşəyi bilinməyən, küçə kənarında satılan ətlər ciddi təhlükə yaradır”, - deyə ekspert diqqətə çatdırıb.
Ekspert ümumi alış-veriş qaydalarına da toxunaraq bildirib ki, məhsullar etibarlı mənbədən alınmalı, etiket və sertifikat mütləq yoxlanmalıdır. Normal bazar qiymətindən çox ucuz satılan və mövsümə uyğun olmayan meyvə-tərəvəzlər də şübhəli məhsullar sırasında yer alır.
Aygün Hüseyn, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Oktyabr 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see294

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see292

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see252

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see150

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see145

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see125

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see124

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see122

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri