Kiloqramı beş manata idxal olunan ətlər bu sahədə istifadə olunur SENSASİON AÇIQLAMA
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Azərbaycana xaricdən idxal olunan mal ətinin mənşə ölkələri və idxal qiymətləri məlum olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk 10 ayında (yanvar-oktaybr) Azərbaycana ümumi dəyəri 39 milyon 762 min dollar olan 9 min 708 ton iribuynuzlu mal əti (təzə, soyudulmuş və dondurulmuş) idxal edilib.
2024-cü ilin eyni dövrü ilə müqayisə edəndə mal əti idxalı dəyər ifadəsilə 735 min dollar və ya 1,9% artsa da, miqdar ifadəsilə 30 ton, başqa sözlə cəmi 0,3% azalıb. Yəni, idxalın fiziki həcmi demək olar ki, dəyişməyib. Xatırladaq ki, 2024-cü ilin yanvar-okatybr ayları ərzində Azərbaycana 39 milyon 27 min dollar dəyərində 9 min 738 ton mal əti gətirilmişdi.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycana idxal edilən mal ətinin 1 kiloqramının orta idxal qiyməti 6,97 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 6,82 manat idi. Bu da illik müqayisədə 15 qəpik və ya 2,2% bahalaşma deməkdir.
Maraqlıdır ki, ölkəmizə ən çox mal əti Hindistandan gətirilib.
Hindistandan idxal dəyərcə 919 min dollar (43,4%), miqdarca isə 227 ton (32,8%) artaraq 3 milyon dollara və 920 tona çatıb. Bu il Hindistandan ətin 1 kiloqramı 5,5 manata idxal edilib. 2024-cü ildə isə Hindistandan idxal olunan ətin 1 kiloqramının qiyməti 5,1 manat idi.
Bəs kiloqramı 5 manata idxal olunan nə ətidir və harada istifadə edilir?
Məsələyə münasibət bildirən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Hindistandan gətirilən ətlər başqa ölkələrdən gətirilən ətlər kimi dondurulmuş ətlərdir:
“Onlardan birmənalı şəkildə sənayedə, yəni kolbasa məmulatlarının hazırlanmasında istifadə olunur. Bu ətlərin heç bir təhlükəsi yoxdur, normal ətlərdir.
Nəzərinizə çatdırıram ki, belə ətlərin idxalından əvvəl AQTA-nın nümayəndələri gedib istehsal sahələrində monitorinq aparırlar. Yalnız bundan sonra müqavilələr bağlanır. Ona görə də qiymətinin ucuz olmasına baxmayaraq normal ətlərdir”.
Surxay Atakişiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 02 Yanvar 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















